Xəbər lenti
Mübariz Mənsimovun həbsdən əvvəl verdiyi tapşırıq həyata keçirilir

Mübariz Mənsimovun doğma Miyənkü kəndinin (Masallı rayonunda yerləşir – red.) gəncləri kəndə gələn yolun işıqlandırılması ilə bağlı müraciət ediblər. Onlar bildiriblər ki, bir çox kəndlərin yolları işıqlandırıldığı üçün bu kəndə gələn yolun da işıqlandırılması insanların rahatlığını artırardı.
Manevr.az xəbər verir ki, bu sözləri "Palmali" Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fidan Quliyeva deyib. O, bildirib ki, M.Mənsimov düşünmədən bu iş üçün büdcə ayırıb:
“Onun növbəti təlimatı da bu yola işıq çəkilməsi ilə bağlı idi. Həbs edilməzdən bir az əvvəl göstərişlərini vermişdi. Hazırda vəsait ayrılıb, dirəklər qoyulub. Mənsimovun həbsi bu yol üçün çalışanları ruhdan salsa da, onlar gələn həftə artıq kabelçəkmə işlərinə başlayacaqlarını deyiblər. Çox qısa zamanda kəndə gedən yol işıqlandırılacaq. Ümid edirik ki, çox qısa bir zamanda hər şey yoluna qoyulacaq, Mübariz bəyin düşdüyü qaranlıq yol da aydınlaşacaq”.
Qeyd edək ki, Palmali Şirkətlər Qrupunun rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimov FETÖ ilə əlaqədə suçlu bilinərək, martın 15-də saxlanılıb, 17 martda isə barəsində istintaq müddətində həbs qərarı verilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Media
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar