Xəbər lenti
O pulu Çovdarova halal edirəm – Tağı Əhmədov

2017-ci ilin 21 iyun tarixində MTN generalı Akif Çovdarovun məhkəməsində ondan zorla alınan 3 milyon manatı tələb edən Bakı Metropoliteninin keçmiş sədri Tağı Əhmədov sözügedən pulu A.Çovdarova halal edib.
Manevr.az xəbər verir ki, bu barədə T.Əhmədov yeni azadlığa çıxan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarovla bağlı Unikal.org-a danışarkən deyib. T.Əhmədov bildirib ki, Çovdarovla görüşmək niyyəti yoxdur:
“Akif kimdir ki, mən onunla görüşüb, pulumu tələb edim? Əgər dövlətimiz o pulu ona halal eləyibsə, mən də ona halal edirəm”.
Xatırladaq ki, Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov 2017-ci il iyunun 21-də MTN generalı Akif Çovdarovun məhkəməsində dindirilmiş və A.Çovdarovun ondan 3 milyon manatı hədə yolu ilə alması, qardaşı oğlu və daha bir qohumunun MTN-ə aparılıb döyülməsi haqda ifadə vermişdi.axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar