Xəbər lenti
Bu işsizlərə də təqaüd ödənişi davam edir
Peşə hazırlığında fasilə yaranan işsizlərə də təqaüd ödənişi davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri peşə hazırlığı prosesində fasilə yaranan kursların müdavimlərini də əhatə edir.
Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli Qərarına əsasən, nazirlik tərəfindən yaxın günlərdə həmin şəxslərə fasilə yaranmış dövr üzrə təqaüdlərinin ödənişi təmin olunacaq. Bu sosial müdafiə tədbiri 500-dən çox müdavimi əhatə edəcək.
Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər Nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığına cəlb edilirlər. Bu da onların əmək bazarına çıxışına və məşğulluğunun təminatına imkan yaradır.
Peşə hazırlığına cəlb olunanlara hər ay minimum əmək haqqı qədər (250 manat) təqaüd verilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar