Xəbər lenti
Türk mütəxəssisdən vacib açıqlama: əhalinin 90%-i...
“Qabaqlayıcı tədbirlər yumşaldıldıqca virusdan xilas olmaq daha da uzun çəkəcək”.
Manevr.az xəbər verir ki, bunu Hacettepe Universiteti Tibb Fakültəsinin Uşaq Yoluxucu Xəstəlikləri Şöbəsinin professoru Mehmet Ceyhan deyib.
Professor bildirib ki, vəziyyətin bir neçə həftə stabil olması insanları yanılda bilər: “Bir çox ölkə də bu şəkildə yanıldı. Son günlərdə “pandemiyanın pik səviyyəsi” lazımsız şəkildə gündəm olur. Yoluxma faktının sağalan xəstə sayından daha az olması əhəmiyyətlidir. Sağalan xəstə sayı yoluxanlardan çox olduğu zaman normal sosial həyata keçid üçün mərhələli şəkildə addım atmaq lazımdır. Tədbirlər yumşaldıla bilməz. İnsanlar evdə qalmağa davam edərsə, proses 4-5 həftə çəkəcək. Əks halda daha çox zaman lazımdır”.
M.Ceyhanın sözlərinə görə, dünyada 72 qrup koronavirusa qarşı peyvənd üzərində çalışır: “Hər kəsin faydalana biləcəyi ucuz peyvəndin istehsalı illər çəkə bilər. Epidemiyalar zəlzələ kimidir. Artıq onlarla yaşamağı öyrənməyimiz lazımdır. Bunun qarşısını almağın tək yolu peyvəndləmə tədbirləridir. Pandemiyanın dayanması üçün toplumun 60%-nin müqavimətə sahib olması lazımdır. Xəstəliyi dayandırmaq üçünsə əhalinin 90%-nin peyvənd olması vacibdir”./publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar