Xəbər lenti
Milli Məclisdə yer DAVASI - Deputat cəzalandırıldı

Milli Məclisin 17-də keçirilən plenar iclasında deputatlar arasında narazılıq yaranıb.
Buna səbəb koronavirusla bağlı bir metrlik məsafənin saxlanmasına görə, millət vəkillərinin yerinin dəyişdirilməsi olub.
İclas başlamazdan əvvəl kimin harada əyləşəcəyi həmin masanın üzərində yazılıb.
Bu bölgü aparıldıqda bəzi deputatlara məcburən yuxarıda- qonaqlar üçün nəzərdə tutulan hissədə yer verilib.
Qonaq masasında əyləşdirilən deputatlar isə bundan narazı qalıblar.
Hətta bunu ayrı-seçkilik, aşağılanmaq kimi qəbul edənlər də olub: “Niyə məhz məni bura qaldırıbsız?”
Narazılardan biri- gənc deputat Ramil Həsən isə etirazını orada deyil, iclasdan sonra sosial şəbəkələrdə bildirib. O özünün feysbuk hesbında status yazaraq, sədrin bölgüsünü tənqid edib.
Bundan sonra Ramil Həsən Milli Məclisə çağırılıb və sədr Sahibə Qafarova tərəfindən daxili qaydalara etirazını ictimailəşdirdiyi üçün rəsmən xəbərdarlıq edilib.
Bildirilib ki, nizamnaməyə görə, deputatın sədrin verdiyi qərara etirazı varsa, birinci rəhbərliyə müraciət olunmalıdır.bakupost.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar