Xəbər lenti
Karantin dövründə icazə ilə bağlı MÜHÜM YENİLİK - VİDEO
Vətəndaşlara proaktiv xidmətlər göstərməklə onların işlərini asanlaşdıran, resurslarına qənaət edərək, şəffaf və operativ xidmət göstərən "myGov" elektron hökumət portalına xüsusi karantin rejimi zamanı fəaliyyət üçün təsdiqlənmiş icazələr inteqrasiya edilib.
Belə ki, vətəndaşlar "Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi"ndə mövcud icazələrinin statusuna "myGov" portalında baxa bilərlər.
Manevr.az xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bunun üçün vətəndaş "myGov" portalına daxil olaraq, öz şəxsi kabinetində "Məlumatlarım" bölməsini seçir, açılan pəncərədə "İcazələrin Alınması və Monitorinqi Sistemindən arayış"ın üzərinə sıxılır. Burada vətəndaş öz icazəsinə baxa və ya "yüklə" düyməsinə sıxaraq elektron formasını kompüterinə və ya telefonuna yükləyə bilər.
Alternativ olaraq portalın "Bütün xidmətlər" bölməsində "Qurumlar üzrə" alt bölməsinə keçid edərək açılan siyahıdan "Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi"ni seçmək olar. Açılan pəncərədə "İcazələrin Alınması və Monitorinqi Sistemindən arayış" seçimini edərək, yenə icazə haqqında arayışı əldə etmək mümkündür.
"myGov" portalına əlavə olunan yeni funksionallıqdan biri də vətəndaşa icaze.e-gov.az portalı üzərindən verilən icazə statusu ilə bağlı onun şəxsi kabinetinə bildirişin gəlməsidir.
Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən icazələrin "myGov" platformasına inteqrasiya edilməsi vətəndaşların işini xeyli asanlaşdırmış olur. Belə ki, icazə.e-gov.az portalında verilən və ləğv edilən icazələr haqqında vətəndaşların çoxu məlumatsız olurdu. Artıq vətəndaş özü olduğu yerdən və istənilən vaxtda "myGov" portalına daxil olaraq icazə arayışını yoxlaya bilər.
"myGov" portalına giriş "ASAN Login" sistemi üzərindən dörd üsulla həyata keçirilir. Sistemə giriş üsulları ilə mygov.az portalının "Ana səhifə"sində yerləşdirilmiş videotəlimatda tanış olmaq mümkündür.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən "myGov" portalında hər bir vətəndaş öz şəxsi kabineti üzərindən "eAgro", "eSatınalma", "Azərbaycan Respublikasının Mərkəzi Bankının Elektron Müraciətlər Sistemi", "ASAN ödəniş", "eSosial", "eHərrac", Azərbaycan Dövlət Reklam Agentliyinin "İcazələr" sisteminə daxil ola bilir.
Portala inteqrasiya olunmuş sistemlərlə birgə vətəndaşlara şəxsi kabinetləri üzərindən 710 elektron xidmətə çıxış təmin olunub. Bundan başqa, "myGov"da vətəndaşlara ilkin olaraq 17 növ bildiriş xidməti də göstərilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar