Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

190 manatlıq ödənişin əhatə dairəsi genişləndirildi

Tarix: 19-04-2020 21:31     Baxış: 4250 A- / A+
190 manatlıq ödənişin əhatə dairəsi genişləndirildi


Pandemiyanın təsirlərini azaltmaq üçün həyata keçirilən sosial tədbirlər vətəndaşların xüsusi karantin rejimi dönəmində rahatlığının təmin edilməsi və tələbatlarının ödənməsinə hesablanıb. Bunun üçün dövlət büdcəsindən milyonlarla manat pul ayrılıb.


Koronavirus Pandemiyasının zərərlərinin qarşısının alınması üçün ölkədə həyata keçirilən kompleks tədbirlərdən ən vacibi sosial tədbirlərin icrası oldu. Sosial dəstək tədbirləri ilk olaraq ölkədə ən həssas sosial qrup olan işsiz və əmək müqaviləsi olmayan şəxslərə şamil edildi. Bu qəbildən olan vətəndaşlara 190 manatlıq ödənişlərin verilməsi ən qısa zamanda təmin edilmiş oldu. Belə ki, qərar veriləndən qısa müddət sonra-9-17 aprel tarixlərində 140 min vətəndaşa birdəfəlik ödənişlərin verilməsi artıq təmin edildi.. Daha sonra bu dəstəyin əhatə dairəsinə düşən vətəndaşların sayının artırılaraq 600 min nəfərə çatdırılması vətəndaşların sosial vəziyyətinin dövlətin daim diqqətində olduğunu göstərdi.....

İşsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində isə bu il 20 min nəfərə bu ödənişlərin edilməsi nəzərdə tutulub. Bundan əlavə özünəməşğulluq proqramı çərçivəsində 2020-ci il üçün 12 min ailənin bu prosesə cəlb olunması nəzərdə tutulur. Ünvanlı sosial yardım alan ailələrin sayı da artırılır. Belə ki, hazırda 80 min ailənin 330 min üzvü ünvanlı sosial yardımla təmin edilir.

Yaşı 65-dən yuxarı olan 15 mindən çox tənha vətəndaşa isə evlərində sosial xidmətlər göstərilir. Bu xüsusi karantin rejimi qaydaları ilə evdən çıxmağına qadağa qoyulan tənha şəxslərdir. Bu qəbildən olan vətəndaşlara eləcə də əlilliyi olan vətəndaşlara indiyədək 17 mindən çox ərzaq payının çatdırılması da təmin edilib.

Diqqət çəkən ən önəmli məqamlardan biri isə həssas əhali qrupuna daxil olan ailələrdan olan tələbələrin təhsil haqlarının dövlətin üzərinə götürməsidir. Bu sosial addımın icrası üçün 40 milyon manat vəsait ayrılıb.Bu isə ölkədə gələcəkdə yüksək ixtisaslı kadrların hazırlanması üçün dövlətin bir qrup tələbənin xərclərini öhdəsinə götürərək sosial məsuliyyəti bölüşdüyünün bariz nümunəsidir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar