Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

"190 manat müddətli yox, daimi verilsin" - İqtisadçı

Tarix: 18-04-2020 09:21     Baxış: 4291 A- / A+
"190 manat müddətli yox, daimi verilsin" - İqtisadçı

"190 manat alacaq işsizlərin sayı 200 mindən 600 minə artırıldı. Hesab edirəm ki, bu qərar düzgündür, postpandemiya dövrü üçün də əhəmiyyət daşıyacaq, məcmu tələbi stimullaşdıracaq və gizli məşğulluğun leqallaşmasına töhfə olacaq. İndi əsas məsələ şəffaflığın təminatıdır. Odur ki, işsiz kimi müavinət alanların siyahısını dərc olunmalıdır".
Manevr.az xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu deyib.
O təklif edib ki, bu yardım müddətli yox, daimi olsun:
"İşsizlər işlə təmin olunana qədər işsizliyə görə sığorta ödənişi alsınlar. İndiyə qədər qeydiyyatdan keçməyən işsizlər müraciətlərini davam etdirsinlər. Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda çıxışı zamanı deyib ki, "Bu günə qədər nəzərdə tuturduq ki, karantin rejimi aprelin 20-nə kimi davam edəcək. Ancaq indi uzadılacaq. İlkin mərhələdə nəzərdə tutulurdu ki, 200 min insan dövlətdən 190 manat yardım alacaq. Mən hesab edirəm ki, ümumi vəziyyəti nəzərə alaraq və insanların sosial müdafiəsini gücləndirmək məqsədilə bu kateqoriyaya aid olan insanların sayını biz 600 minə çatdırmalıyıq. Yəni 200 min əvəzinə, 600 min insana dövlət 2 ay ərzində hər ay 190 manat vəsait verməlidir. Bu kateqoriyaya aid insanlar aztəminatlı təbəqənin nümayəndələridir”.
Mən həmişə yaxşıya yaxşı, pisə də pis demişəm. Odur ki, tənqidlərimə reaksiya verilməsinə, ehtiyacları düzgün dəyərləndirib, hər bir işsizə bu yardım ödənilməlidir təklifimin nəzərə alıb müavinət alan işsizlərin sayının 200 mindən 600 minə qədər artırılması təşəbbüsünü təqdir edirəm. Bununla yanaşı, "işsiz kimi qeydiyyata düşün və yardım alın" ictimai təşəbbüsümə qoşulan, onu paylaşan, işsizlərə qeydiyyatdan keçmək üçün kömək edən hər kəsə minnətdaram. Eyni zamanda bildirmək istəyirəm ki, işsizlərin qeydiyyatı davam edir, odur ki, qeydiyyatdan keçməyənlər e-sosial.az saytdında qeydiyyatdan keçsinlər.
Hesab edirəm ki, bu qərar post-pandemiya dövrü üçün də əhəmiyyət daşıyacaq, məcmu tələbi stimullaşdıracaq və gizli məşğulluğun leqallaşmasına töhfə olacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsini bir daha işsiz kimi müavinət alanların siyahısını dərc etməyə çağırıram. Hesab edirəm ki, şəffaflığın təmin edilməsi üçün bundan yaxşı yanaşma ola bilməz. Çalışmaq lazımdır ki, bu yardım yalnız ehtiyacı olanlara ödənilsin. Ödənişlər şəffaf və hesabatlı olmalıdır.
Təklif edirəm ki, bu yardım müddətli yox, daimi olsun, işsizlər işlə təmin olunana qədər işsizliyə görə sığorta ödənişi alsınlar.
Bununla əlaqədar olaraq Milli Məclis də müvafiq qanunlarda dəyişiklik etməlidir".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar