Xəbər lenti
Krediti olanlara mühüm xəbər — Nazir AÇIQLADI
Azərbaycanda sahibkarlar üçün bank kreditləri yumşaldıla bilər “Bu günə olan rəqəmlər bundan ibarətdir ki, artıq 11 567 vergiödəyicisinə – toplam sayda 123 343 nəfər muzdlu işçisi olan müəssisələrə və 22 949 fərdi sahibkara Maliyyə Nazirliyi və agent banklar vasitəsilə maliyyə dəstəyi göstərilib”.
Manevr.az bildirir ki, bunu Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevlə video-bağlantı formatında keçirilən iclas zamanı deyib.
Nazir bildirib ki, Vergi Məcəlləsinə dəyişikliklər paketi hazırlanıb və artıq bütün dövlət qurumları ilə razılaşdırılıb: “Birincisi, pandemiyanın bilavasitə təsir etdiyi fəaliyyət sahələri üzrə vergiödəyicilərinə 2021-ci il yanvarın 1-dək olan dövr üzrə bir sıra vergi güzəştləri və vergi tətilləri təklif olunub. Burada əmlak və torpaq vergiləri üzrə tam məbləğdə vergi güzəştlərinin verilməsi, əldə edilən mənfəətin, gəlirin 75% miqdarında vergi güzəşti kimi, fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcələrinin 50%, yəni, 14%-dən 7%-ə endirilməsi, ictimai iaşə və ölkədaxili sərnişindaşıma fəaliyyəti üzrə sadələşdirilmiş vergi məbləğinə 50% güzəştin verilməsi və digər tədbirlər. İkinci istiqamət, mikrosahibkarlıq subyektlərinə 2020-ci il yanvarın 1-dən 2021-ci il yanvarın 1-dək sadələşdirilmiş vergi üzrə 50% vergi güzəştinin, yəni, 2% dövriyyədən 1% dövriyyəyə endirilməsi, həmçinin vergilərin, cari vergi ödəmələrinin hesablanması və ödənilməsi üzrə vergi tətillərinin verilməsi”.
M. Cabbarov əlavə edib ki, üçüncü istiqamət – bütün sahibkarlıq subyektlərinə şamil edilməsi proqnozlaşdırılır və 2021-ci il yanvarın 1-dək olan dövr üzrə aşağıdakı vergi güzəştlərini təqdim edilir: “Epidemiyanın qarşısının alınması, əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergiödəyiciləri tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudiyyəti nəzərə alınmadan gəlirlərdən çıxarılması, həmçinin əhalinin bir sıra ərzaq və tibbi ehtiyacları üçün zəruri olan və siyahısı, cənab Prezident, Sizin tərəfinizdən təsdiq olunan bəzi məhsul növlərinin idxalının əlavə dəyər vergisindən müddətli azad edilməsi. Yəni, bu, kifayət qədər geniş paketdir və bu paketdə artıq Siz qeyd etdiyiniz kimi, yeni rejimdə fəaliyyət göstərilməsi də müəssisələr tərəfindən nəzərə alınıb”.
Nazir əlavə edib ki, geniş və əhatəli vergi güzəşti paketi yeganə dəstək mexanizmi deyil. “Nümunə kimi, bu gün Maliyyə Sabitliyi Şurasında müzakirəsi gözlənilən məsələ ondan ibarətdir ki, bütün digər biznes fəaliyyətinə də pandemiyanın təsirsiz ötüşməməsini nəzərə alaraq, misal üçün, bank kreditləri olan və bank kreditlərinə də requlyativ tədbirlərin yumşaldılması. Bu, sahibkar üçün nə deməkdir? Bu, o deməkdir ki, banklara imkan verir ki, onların cari kredit ödənişlərini yumşaldır, restrukturizasiya edir, dövr verir, müddət verir. Bu iş Mərkəzi Bankın, Banklar Assosiasiyasının təşəbbüsü ilə işçi qrup çərçivəsində, aidiyyəti digər işçi qrup çərçivəsində İqtisadiyyat Nazirliyində sahibkarların iştirakı ilə həyata keçirilir. Bu qərarın da qısa müddətdə Sizin diqqətinizə təqdim edilməsi nəzərdə tutulur".apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar