Xəbər lenti
Koronavirusun bitməsi ilə bağlı ŞOK PROQNOZ: qarşıdakı bir il ərzində... - RƏSMİ
Bu layihə bizim üçün çox önəmlidir. Layihənin məqsədi Azərbaycanın koronavirus infeksiyası üzrə mübarizəsinə kömək etməkdir.
Manevr.az xəbər verir ki, bunu ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı TƏBİB-in mətbuat konfransında deyib.
O bildirib ki, layihə çərçivəsində bölgələrdə yerləşən xəstəxanalarda çeşidləmə "triaj" sisteminin tətbiqi, infeksiyaların qarşısının alınması və nəzarət, xəstəlik hallarının idarə olunması, reanimasiya sistemlərinin qurulması, xəstəxanalardakı heyətə lazımi sistemlərin yaradılması və uzunmüddətli saxlanılması ilə bağlı sürətli təlimlər keçmək, bu xəstəxanalarda yeni təlim keçmiş kadrları dəstəkləmək üçün onlayn mobil və ya rəqəmsal texnologiyalar yaratmaq nəzərdə tutulur: "Türkiyədən gəlmiş azərbaycanlı həkimlərdən formalaşdırılmış dörd heyətin hər birində infeksiyanın qarşısının alınması və nəzarət, triaj, yoluxma hallarının idarə olunması və Ağır Kəskin Tənəffüs Sindromu (SARS) üzrə mütəxəssislər təmsil olunur. Qeyd edək ki, bu mütəxəssislər Türkiyənin seçilmiş universitetində təlimlər keçib. Bu həkimlər Türkiyədə Azərbaycanlı Həkimlər Dərnəyindən seçilib. Bəli kriteriyalarımız əsasında 19 həkimi seçdik. Həkimlər təlimlərdən sonra İzmirdən Bakıya gətirildilər. Xəstəxana hazırlıq heyətləri seçilmiş xəstəxana direktorları və baş həkimlərin rəhbərliyi altında hər xəstəxanada 2 həftə ərzində təlim keçəcəklər. Layihə çərçivəsində tibb işçiləri üçün onlayn platforma da istifadəyə veriləcək. Bu paltforma vasitəsilə təlimlər, təqdimatlar, metodlarından videodərslər və statistik məlumatlar əldə edə biləcəklər".
Hande Harmancı əlavə ki, koronavirus pandemiyasının hələ nə qədər davam edəcəyi ilə bağlı heç bir məlumat vermək mümkün deyil: "Ona görə də bu barədə dəqiq fikir bildirmək düzgün deyil. Çünki virusun yaranma səbəbləri də hələlik bəlli deyil. Təxmini olaraq 1 il müddətinə bu virus gündəmdən çıxmayacaq. Tədricən, zamanla problem öz həllini tapa bilər. Bu, o demək deyil ki, 1 il boyunca evdən çıxmaq olmaz. Təbii ki, bu belə deyil".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar