Xəbər lenti
Bu vəzifəli şəxslərin maaşları artacaq
Azərbaycanda Vergi xidməti əməkdaşlarının aylıq gəlirlərinin kəskin artması gözlənilir.
Manevr.az xəbər verir ki, bu «Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə»də dəyişiklik nəticəsində baş verəcək.
Qeyd edək ki, əsasnaməyə görə, vergi orqanlarının vəzifəli şəxslərinə xidmətin ikinci ilindən başlayaraq, vergi orqanlarında xidmət illərinə görə hər ay əlavə haqq ödənilir. Əlavə haqqın məbləği vergi əməkdaşının vəzifəni tutduğu müddətdən asılı olaraq dəyişirdi. Belə ki, vergi əməkdaşı vəzifəni 1 ildən 5 ilədək tutanda 21 manat, 5 ildən 10 ilədək – 24 manat, 10 ildən 15 ilədək – 27 manat, 15 ildən 20 ilədək – 30 manat, 20 ildən 25 ilədək – 39 manat, 25 ildən 30 ilədək – 45 manat və 30 ildən yuxarı – 60 manat miqdarında əlavə haqq ödənilirdi.
İndi isə qaydalar dəyişir və ödənişlərin məbləği kəskin artır. Yeni qaydaya görə, vergi əməkdşları vəzifədə 1 ildən 5 ilədək olduqda vəzifə maaşının 5 faizi məbləğində; 5 ildən 10 ilədək - vəzifə maaşının 10 faizi, 10 ildən 15 ilədək - vəzifə maaşının 20 faizi, 15 ildən yuxarı - vəzifə maaşının 30 faizi məbləğində əlavə haqq alacaqlar.
Bundan başqa, məzuniyyətə çıxan vergi əməkdaşları da əlavə ödəniş alacaqlar. Əsasnaməyə edilən dəyişikliyə görə, vergi orqanlarının vəzifəli şəxsləri əsas məzuniyyətə çıxarkən onlara ildə bir dəfə bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilir. Bu dəyişikliklər parlamentdə təsdiqlənəndən sonra 202-0-ci ilin əvvəlindən tətbiq ediləcək./FED.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar