Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

İlqar Məmmədovun haqqında yeni məhkəmə qərarı çıxarıla bilər

Tarix: 15-04-2020 21:32     Baxış: 3193 A- / A+
İlqar Məmmədovun haqqında yeni məhkəmə qərarı çıxarıla bilər

ReAL partiyasının sədri İlqar Məmmədovun məhkum edilməsi barədə vaxtilə yerli məhkəmələrin çıxardığı hökm və qərarlar ləğv oluna bilər. Aprelin 23-də Ali Məhkəmənin Plenumu onun işinə baxacaq.

Manevr.az biizimyol.info-ya istinadən xəbər verir ki, bu barədə həm partiya sədrinə, həm də vəkili Fuad Ağayevə məhkəmə bildirişi göndərilib. Bildirişdə yazılıb ki, İ.Məmmədov haqqında Avropa İnsan Haqları Məhkəməsinin çıxardığı 29 may 2019-cu il tarixli qərara əsasən, onun hüquq və azadlıqlarının pozulması ilə bağlı yeni hallar üzrə Ali Məhkəmənin Plenumu bu işə baxacaq.

F.Ağayev deyir ki, İ.Məmmədovun həbsilə əlaqədar Avropa Məhkəməsi üç qərar çıxarıb. 29 may 2019-cu il tarixli qərar üçüncüdür və Avropa Şurası Nazirlər Komitəsinin müraciəti əsasında çıxarılıb.

F.Ağayev Plenumun iclasında İ.Məmmədov haqqında ittiham hökmü və onu qüvvədə saxlayan yuxarı məhkəmə instansiyalarının qərarlarının ləğv olunacağını istisna etməyib.

İ.Məmmədov özü də Facebook səhifəsində bu məsələyə münasibət bildirib. ReAL sədri bir müddət əvvəl Prezident Administrasiyasının Siyasi partiyalar və qanunverici hakimiyyətlə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşdüyünü yada salıb. Hökumətlə dialoq yarandığını qeyd edən partiya sədri bu dəfə onun haqqında müsbət qərarın qəbuluna inanmaq istədiyini vurğulayıb:

“Ali Məhkəmədə əvvəlki 5 baxışdan dördü heç nəyi dəyişməmişdi. Beşincisi hüquqi vəziyyətimi yüngülləşdirsə də, önəmli məhdudiyyətləri qüvvədə saxlamışdı. Sayca altıncı olan bu baxışı əvvəlkilərdən fərqləndirən onun hansı siyasi fonda keçirilməsidir.

Fevralın 29-da Prezident Administrasiyasının Siyasi partiyalar və qanunverici hakimiyyətlə əlaqələr şöbəsinin müdürü Ədalət Vəliyev ilə görüşdüyümü bilirsiniz.

İlk təmas insan haqları və demokratiya sahəsində milli maraqların irəliləməsi üçün edə biləcəklərimizin mümkünlüyünu nəzərdən keçirən yeni görüşlərlə davam etdirildi deyə, yaranan sürəci indi dialoq adlandıra bilərik.

İctimaiyyətə daha öncədən dediyim kimi - təmasla başlasaq, təmas dialoqa çevrilsə, dialoq qarşılıqlı addımlarla nəticələnsə, ölkəmizdə siyasi mübarizənin keyfiyyəti yeni səviyyəyə çıxar.

Dövlət orqanları da bilir, biz də bilirik ki, mənim və bir neçə partiya üzvümüzün məsələsinin həlli geniş mənada ölkəmizin qanunvericiliyi üzərində qurulmalıdır, hansı ki, bu qanunvericilikdə “restitutio in integrum” üçün mexanizmlər zatən mövcuddur. Dialoq təşəbbüsünün potensialı yüksək olduğu bir vaxtda bunun baş verməsi üçün Ali Məhəkmənin Plenumundan daha yaxşı imkan tapmaq çətindir deyə, bu baxışın əvvəlkilərdən tam fərqli olacağına inanmaq istəyirəm”.

İ.Məmmədov 2013-cü il fevralın 4-də İsmayıllıda etirazların təşkilində günahlandırılaraq həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 220 (kütləvi iğtişaşların təşkili) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddələrilə ittiham irəli sürülüb. İ.Məmmədov Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 7 il azadlıqdan məhrum edilib. O, 2018-ci ilin avqustunda şərti azadlığa buraxılıb. 2019-cu ilin martında isə Ali Məhkəmə İ.Məmmədovun üstündəki şərti cəzanı da ləğv edib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar