Xəbər lenti
Kəlbəcərli aztəminatlı ailələrə yardım edildi- Şəkillər
Məlumdur ki, hal-hazırda bütün dünyada tüğyan edən koronovirus dalğası Azərbaycandan da yan ötməyib.
Manevr.az xəbər verir ki, ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində aztəminatlı ailələrin sosial müdafiəsi diqqətdə saxlanılır. Prezident İlham Əliyevin problemlə bağlı çağırışından sonra bütün dövlət orqanları bu işə səfərbər olunub. Xüsusi karantin rejimi müddətində istər dövlət, istərsə də ayrı-ayrı təşkilatlar tərəfindən aztəminatlı ailələrə yardım göstərilir. Kəlbəcər rayon İcra Hakimiyyəti də bu çağırışa qoşularaq, aksiyaya dəstək verib. Belə ki, Bakı şəhərində məskunlaşmış aztəminatlı kəlbəcərli ailələr Kəlbəcər rayon İcra Hakimiyyəti tərəfindən gündəlik zəruri ərzaqla təmin olunub. İcra hakimiyyətinin əməkdaşları sakinlərin ehtiyac və qayğıları ilə maraqlanıb. Sakinlər göstərilən diqqət və qayğıya görə, cənab prezidentə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Natiq İsmayıloğlu
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar