Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı doktorant ABŞ-da xərçəngə qarşı yeni dərman hazırladı

Tarix: 14-04-2020 11:51     Baxış: 4338 A- / A+
Azərbaycanlı doktorant ABŞ-da xərçəngə qarşı yeni dərman hazırladı

Çikaqo Universitetinin (University of Chicago) alimləri xərçəngə qarşı yeni immunopreparat hazırlayıblar.

Manevr.az-ın məlumatına görə, immunoterapiya bədənin ağ qan hüceyrələrini, əsasən də T limfositlərini, xərçəngə qarşı aktivləşdirən innovativ müalicə növüdür. İnterlikin-12 (IL-12) T limfositlərinin böyümə və differensiyasına səbəb olan zülaldır və xərçənglə mübarizədə böyük potensiyala malikdir. Lakin, bu zülalın bir sıra yan təsirləri mövcud olduğundan insanlarda tədbiqi mümkünsüz idi. Alimlər, IL-12 zülalını genetik yolla dəyişdirib, onu sağlam orqanlara deyil, məhz xərçəng hüceyrələrinə yönəltməyə nail olublar.

Bu texnologiya IL-12 zülalının effektivliyini qat-qat artırıb, yan təsirlərini tamamilə aradan qaldırıb.Bu tədqiqat, biomühəndislik və biotexnologiya sahəsində ən prestijli jurnallardan biri olan, Nature Biomedical Engineering jurnalında çap olunub.

Qeyd etmək lazımdır ki, öncəki tədqiqatlarda bu immunopreparat, toksikliyinə görə, birbaşa şiş nahiyyəsinə yeridilib. Bu isə, xərçəng xəstələri üçün bir sıra fəsadlara gətirib çıxarıb. Yeni tədqiqatda, IL-12 molekulu qan dövrani sisteminə (venadaxili) yeridilib xərçəng hüceyrələrinə yüksək effektivliklə təsir göstərir və, həmçinin, IL-12 immunopreparatının toksikliyini dəfələrlə azaldır. Alimlər qeyd olunan molekulu bir il ərzində müxtəlif xərçəng növləri (dəri, süd vəzi, ağ ciyər) daşıyan siçanlarda yoxlayıblar və müalicəni alan sıçanların böyük hissəsi xəstəlikdən tamamilə sağalıb. Digər tərəfdən, xərçəngə qarşı ənənəvi mübarizə yollarından olan kimyəvi və şüa terapiyaları, eyni xərçəng növlərini daşıyan sıçanlarda heç bir təsir göstərməmişdir. Bu, tədqiqatçıların hazırladığı immunopreparatın standart müalicələrdən üstün olduğunu göstərir. Elmi qrupun üzvləri yaxın zamanda IL-12 preparatını insanlarda yoxlanılması barədə öz planlarını açıqlayıblar.

Qeyd edək ki, elmi təcrübələri yerinə yetirən və məqalənin birinci müəllifi, həmyerlimiz Aslan Mansurovdur. Aslan Mansurov hal-hazırda Çikaqo Universitetinin molekulyar mühəndislik fakültəsinin doktorant tələbəsidir. Aslanın elmi qrupunun rəhbəri Jeffrey Hubbell (link), bioloji materiyallar və biomühəndislik sahəsi üzrə dünyanın ən aparıcı ekspertlərindən biridir. Jeffrey Hubbell ABŞ-ın Milli Tibb Akademiyasının (National Academy of Medicine) və Milli Mühəndislik Akademiyasının (National Academy of Engineering) seçilmiş üzvüdur.

Aslan Mansurov 2013-cü ildə “Qafqaz” Gimnaziyasını qızıl medalla bitirib. 2017-ci ildə ABŞ-ın Minnesota Universitetinin (University of Minnesota) kimya mühəndisliyi dərəcəsini fərqlənmə ilə bitirib və hal-hazırda Çikaqo Universitetinin Pritzker Molekulyar Mühəndislik İnstitutunda (Pritzker School of Molecular Engineering) doktorantdır.lent.az

Manevr.az
Azərbaycanlı doktorant ABŞ-da xərçəngə qarşı yeni dərman hazırladı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar