Xəbər lenti
Deputatın təklifi tənqid edildi
Tanınmış hüquqşünas, Qarabağ qazisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, publisist, 09.02.2020-ci il Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd olmuş Vüqar Dadaşov Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin verdiyi təklifə etirazını bildirib. Həmin yazını olduğu kimi oxucularımıza təqdim edirik.
“Bu gün Reyting.az saytından “Deputat: Ali məktəblərin əksəriyyəti və Elmlər akademiyası özəlləşdirilməlidir” başlığı məqaləni oxuyub narahatçılıq keçirməyə başladım. Əvvəla onu deyim ki, (BAXCP) sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev ümumilikdə təhsilimiz barədə məqamları qarışdırıb. Məsələ ondadır ki, deputat Həsənquliyev təhsilimiz barədə, ümumilikdə əksər düşüncəli şəxslərin illərlə səsləndirdiklərini deyib: AMEA-nın ləğvi barədə, Ali məktəblərin pedaqoji kollektivin və elmi araşdırmalarla məşğul olan işçilərin əmək haqlarının artırılması, Ali təhsil müəssisələrinə rəhbərlərin seçilməsi barədə təkliflər ümumilikdə təqdirə layiqdir.
Narahat edici məqam isə, müsbət təkliflərin sırasında xalqımızın taleyinə mənfi təsir edə biləcək, “Ali məktəblərin əksəriyyətinin özəlləşdirilməsi" təklifidir. Əvvəla onu deyim ki, mövcud Ali Məktəblərin özəlləşdirilməsi əsla yolverilməzdir. Bəllidir ki, özəl məktəblərin büdcələri əsasən öz hesabına formalaşır və bu da təbii olaraq, Ali təhsilin pullu olması deməkdir. Bu hal isə, yəni təhsilin ödənişli (pullu) olması, kasıbları mümkün Ali təhsil almaq şansından məhrum edəcək və dövlət idarə orqanlarında müəyyən vəzifələrə yolları qapadacaq. İnkar edilməz faktdır ki, ölkəmizdə əksər yüksək vəzifələrə məmur və varlıların övladları, onların qohumları təyin edilirlər. Demək olar ki, kasıb ailələrin nümayəndələri yüksək və ümumiyyətlə vəzifələrdə çox az təmsil olunublar. Əgər deputat Q. Həsənquliyev təklif etdiyi kimi, dövlət Ali təhsil müəssisələri özəlləşərsə bu o deməkdir ki, kasıbların Ali təhsil almaq imkanları kəskin məhdudlaşacaq və bunun nəticəsi olaraq təbəqələşmə daha kəskin forma alacaq və deyərdim ki Hindistan “kasta”
mühiti yaranacaq. Odur ki, indiki şəraitdə təhsilin, eləcədə səhiyyənin özəlləşdirilməsi dövlət-xalq maraqlarına ziddir.
Yeri gəlmişkən deyim ki, dövlət Ali təhsil müəssisələri ilə paralel olaraq digər özəl Ali məktəblərin mövcudluğu dövlət və özəl təhsil müəssisələri arasında rəqabətin-inkişafın yaranması deməkdir ancaq ki, mövcud dövlət Ali təhsil müəssisələrinin saxlanması şərti ilə.
Bir məqamı da xüsusi ilə qeyd etmək istərdim. Azərbaycan Respublikası Milli Məclisini üzləri mövcud qanunvericiliyimizə uyğun “Millət vəkili” deyil, “deputat” adlanır. Millət vəkili çox yüksək zirvədir və həmin adı qazanmaq hər deputata nəsib olmur. Qeyd edim ki, Millət vəkil adına layiq deputatlarımız da vardır.” siam.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar