Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Araq, periks, ultrabənövşəyi şüa…” - Rusiyalı epidemioloq

Tarix: 08-04-2020 14:27     Baxış: 4256 A- / A+
“Araq, periks, ultrabənövşəyi şüa…” - Rusiyalı epidemioloq


Epidemiologlar arağın səthləri koronavirusdan dezinfeksiya edib-etmədiyini açıqlayıb.

Manevr.az-ın məlumatına görə, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Epidemiologiya İnstitutunun direktor müavini Aleksandr Qorelov “Rossiyskaya qazeta” ya bildirib ki, virusları öldürmək araq bu məqsədlər üçün istifadə edilə bilər.

Onun sözlərinə görə, hidrogen peroksid (perekis) də koronavirusa öldürücü təsir edir. Adi sabun məhlulu ilə qablar 40 dərəcə temperaturda su ilə yuyularsa, onda koronavirus təhlükəsi aradan qalxar.

Tibbi müəssisələrdə istifadə olunan antiseptiklərə gəlincə, A. Qorelov deyib ki, onlar yalnız virusları deyil, həm də daha davamlı patogenləri öldürürlər.

Onun sözlərinə görə, ultrabənövşəyi şüa da koronavirusu məhv edir, amma onun göz üçün təhlükəli olduğunu unutmaq olmaz .

Alim deyib ki, tezliklə istilər düşəcək və Günəş şüaları koronavirusu öldürəcək: “Olduğunuz məkanda koronavirus xəstələri yoxdursa, təlaşa düşməyə, xüsusi sanitar təmizlik həyata keçirməyə gərək yoxdur. Hər şeyi adi gündəlik rejimə uyğun etmək lazımdır”.

Rusiyalı alim küçədə maska geyinməyin əhəmiyyətsiz olduğunu açıqlayıb: “Koronavirusun açıq havada və qapalı olmayan yerlərdə olma şansı demək olar ki, sıfırdır. İnsanlar metroya və ya dükana girəndə maskalar geyməlidir. Biz damcı infeksiyası haqqında danışırıq - maska ​​100 faiz qorunmanı təmin etməsə də, yoluxma riskini azaldır".lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar