Xəbər lenti
Hava şəraiti ilə bağlı MÜHÜM AÇIQLAMA
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən aprelin 7-si gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib, əksər rayonlarda yağış, dağlıq ərazilərdə qar yağıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qərb küləyi Naftalanda 32 m/s, Neftçalada 28 m/s, Bərdədə 26 m/s, Salyan, Tərtərdə 23 m/s, Xaçmazda 22 m/s, Qazıməmməd, Tovuzda 20 m/s, Ağstafa, Şəmkir, Ağdamda 18 m/s, Mingəçevirdə 16 m/s, Bakıda 28 m/s, Maştağada 26 m/s, Çilov adası, Sumqayıtda 24 m/s, Neft Daşlarında 21 m/s-dək güclənib.
Oğuzda 41 mm (aylıq normanın 42 faizi), Balakəndə 36 mm (aylıq normanın 35 faizi), Astarada 32 mm, Qəbələdə 26 mm (aylıq normanın 24 faizi), Şəki, Yardımlıda 22 mm, Dəstəfurçay (Daşkəsən), Lənkəranda 19 mm, Gəncəçay-Qədəmiş (Daşkəsən), Sarıbaşda (Qax) 18 mm, Kürəkçay (Göygöl), Daşkəsəndə 17 mm, Kişçayda (Şəki) 15 mm, Şəmkirçay, Qalakənd (Gədəbəy), İsmayıllıda 14 mm, Kirən(Tovuz), Göygöldə 13 mm, Zaqatala, Naxçıvanda 12 mm, Lerik, Şahbuz, Ağdam, Gədəbəydə 11 mm, Sədərək, Ağdərə (Ordubad), Şamaxı, Mingəçevirdə 10 mm, Şərur, Göyçayda 9 mm, Şəmkirdə 8 mm, Salyan, Kürdəmir, Biləsuvar, Dağkəsəmən (Qazax), Tərtərdə 7 mm, Naftalan, Bərdədə 6 mm, Neftçalada 4 mm, Zərdab, Ordubadda 3 mm, Xınalıq, Şahdağda 2 mm, Qusar, Xaltan, Qrız, İmişli, Sabirabad, Cəfərxanda 1 mm yağış yağıb.
Qar örtüyünün hündürlüyü Yardımlıda 4 sm, Şahdağ, Sarıbaş, Kirən məntəqəsi (Tovuz), Xınalıqda 2 sm, Qrızda 1 sm olub.
Aprelin 9-dək ölkə ərazisində yağıntılı hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar