Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Boşanmaların sayı azı iki dəfə artacaq“ - Psixoloqdan həyəcan təbili

Tarix: 05-04-2020 06:12     Baxış: 3134 A- / A+
Boşanmaların sayı azı iki dəfə artacaq“

"İstəsək də, istəməsək də boşanmaların sayı azı iki dəfə artacaq”.

Bunu açıqlamasında psixoloq Tariyel Faziloğlu koronavirusa görə dünyanın bir çox ölkələrində elan olunan karantin rejimi səbəbindən günü-gündən artan boşanmalara münasibət bildirərkən deyib.
Boşanmaların sayı azı iki dəfə artacaq“

Onun sözlərinə görə, məcburiyyətdən bütün vaxtlarını birlikdə keçirən cütlüklər arasındakı problemlər boşanmalara qədər gətirib çıxarır:

"İnsan özünü maksimum dərəcədə fərdi izolyasiya etməlidir ki, sosial ünsiyyət doyumluluğuna çatmasın. Evdə qalan insanlar bir-birləri ilə çox ünsiyyətdə olsalar, artıq bu, baş verəcək və cütlüklər bir-birlərindən bezməyə başlayacaqlar”.

Psixoloq bunun qarşısını almaq üçün çıxış yolunu da göstərib:

"Hər gün işə gedirmiş kimi eyni saatda oyanmaq və vaxtında qidalanmaq lazımdır. Yerdə qalan vaxtlarda yeni dil öyrənmək, kitab oxumaqla gündəlik məşğuliyyətini təmin etmiş olar.

Cütlüklərin hər ikisi işləyən şəxsdirsə, əvvələr hər ikisi vaxtını evdən kənarda keçirirdisə, gündəlik proqramlarını ona uyğun olaraq, fərdi şəkildə qurmalıdır. Əks halda bu, maksimum dərəcədə ünsiyyət doyumluluğuna gətirib çıxarar”.

Psixoloq həyat yoldaşı evdar xanım olan kişilərə də məsləhət verib.

"Xanım evdə qalırsa, artıq evlə bağlı hər hansı bir proqramı, gündəlik rejimi var və həyat yoldaşının mütəmadi evdə qalması onun bütün proqramını pozur. Belə olduğu halda, xanım çalışmalıdır ki, gərginliyi biruzə verməsin və bu da böyük münaqişələrə gətirib çıxarmasın. Kişilər, siz isə xanımlarınızın günlük proqramına çalışın, az müdaxilə edin, çünki bu, onlarda qıcıq yaradacaq”. yenicag.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar