Xəbər lenti
Keçmiş icra başçısına vəzifə verildi

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) prorektor vəzifəsinə təyinat olub.
UNEC-dən verilən məlumata görə, Təhsil naziri Ceyhun Bayramovun əmri ilə Sadıqov Mirdaməd Mirsadıq oğlu UNEC-in Strateji inkişaf üzrə prorektoru vəzifəsinə vəzifəyə təyin olunub.
Mirdaməd Sadıqov əmək fəaliyyətinə 1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki UNEC) “Maliyyə-Kredit” kafedrasında başlayıb. O, 1971-1972-ci illərdə kafedrada baş referat, 1972-1977-ci illərdə laborant və baş laborant vəzifələrində çalışıb. 1973-1977-ci illərdə həmin kafedranın aspiranturasında təhsil alıb və Moskva şəhərində namizədlik dissertasiyasını müdafiə edərək, iqtisad elmləri namizədi adına layiq görülüb. 1977-1982-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Komsomol Komitəsinin katibi olub. Sonralar “Maliyyə-Kredit” kafedrasının baş müəllimi və İqtisadiyyat fakültəsinin dekanı vəzifəsini icra edib. Bu müddət ərzində müsabiqə yolu ilə kafedranın dosenti seçilib. 1988-1992-ci illərdə Bakı Maliyyə-Kredit Texnikumunun direktoru, daha sonra texnikumun Azərbaycan Maliyyə-İqtisad Kollecinə çevrilməsi ilə əlaqədar 1992-1999-cu illərdə kollecin direktoru vəzifəsində çalışıb.
M.Sadıqov Yeni Azərbaycan Partiyasının üzvüdür. 1996-cı ildən Azərbaycanda ilk dəfə yaradılmış Heydər Əliyev İqtisadi İdarəetmə Məktəbinin icraçı direktorudur.
1999-2000-ci illərdə Bakı şəhəri Nəsimi rayonu üzrə Vergilər İdarəsinin rəisi vəzifəsini icra edib. 2000-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Tədris işləri üzrə prorektoru olub. 2004-cü ildə "Azərbaycan Respublikasının Maliyyə potensialının formalaşması problemləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, Azərbaycanda bu sahədə doktor adı almış ilk şəxslərdən biri olub. 2007-2008-ci illərdə Vergilər Nazirliyi Vergi Siyasəti və Vergi Qanunvericiliyi Strateji Araşdırmalar Mərkəzinin Baş İdarə rəisi vəzifəsində çalışıb. 2008-2013-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru olub.
2013-cü il fevralın 14-dən 2020-ci il martın 5-dək İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı olub.
İqtisad elmləri doktoru, professor Mirdaməd Sadıqov respublikada iqtisadiyyat, maliyyə və vergi problemləri ilə bağlı 200-dən çox elmi məqalənin, həmçinin 10 dərslik, 8 dərs vəsaiti və 9 monoqrafiyanın müəllifidir.apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































