Xəbər lenti
Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi öz funksional fəaliyyətini ölkəmizin ərazisində koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşını almaq məqsədilə həyata keçirilən dövlət tədbirləri çərçivəsində, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi tələb və qaydalara uyğun olaraq yerinə yetirir.
Komitə sədri Rövşən Rzayev martın 31-də növbəti videoqəbul keçirərək, əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb.
Videoqəbulun Azərbaycanlıların Soyqırımı Gününə təsadüf etdiyini xatırladan komitə sədri tarixin müxtəlif mərhələlərində erməni millətçilərinin soydaşlarımıza qarşı həyata keçirdikləri etnik təmizləmə, deportasiya və qırğınların, ümumən, bəşəriyyətə qarşı amansız cinayət olduğu, bu cinayətin qurbanlarının xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını bildirib.
Bu gün də xalqımızın bəşəri bir bəla ilə - koronavirus pandemiyası ilə mübarizədə birləşməsinin vacibliyini qeyd edilib, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz tərəfindən bu mübarizədə vacib və qətiyyətli addımlar atıldığı diqqətə çatdırılıb. Hər bir vətəndaşın, o cümlədən qaçqınların və məcburi köçkünlərin mövcud fövqəladə şəraitlə bağlı hökumətin müəyyənləşdirdiyi qaydalara əməl etməsinin vacibliyi vurğulanıb. Bununla yanaşı, bir daha xatırladılıb ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması dövlətimizin sosial siyasətinin prioritetlərindəndir. Bu il məcburi köçkünlər üçün rekord sayda - 7 min mənzilin istifadəyə verilməsinin nəzərdə tutulduğu, dövlətimizin başçısının bu sahədə işlərin gedişini şəxsən nəzarətdə saxladığı bildirilib. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın, hər zaman olduğu kimi, hazırkı dövrdə də məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərdiyi, onların sağlamlığının qorunması üçün tapşırıqlar verdiyi qeyd olunub.
Prezident İlham Əliyevin apardığı mükəmməl siyasi xəttin ölkəmizin hərtərəfli və davamlı inkişafını, bütün sosial layihələrin ardıcıl icrasını təmin etdiyi, qlobal pandemiya ilə bağlı fövqəladə şəraitdə əhalinin təhlükəsizliyinin qorunması, koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün zəruri tədbirlər görüldüyü diqqətə çatdırılıb. Belə şəraitdə yalnız dövlət tərəfindən həyata keçirilən tədbirlərin deyil, bütün cəmiyyətin, o cümlədən qaçqınların və məcburi köçkünlərin sosial məsuliyyətdən irəli gələn addımlarının, görülən işlərə dəstəyinin vacibliyi qeyd edilib. Eyni zamanda vurğulanıb ki, qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həll edilməsi məqsədilə bu il müəyyənləşdirilmiş bütün tədbirlər yerinə yetiriləcəkdir.
Komitə sədrinin videoqəbulu üç saatdan çox davam edib. Əksəriyyəti məcburi köçkün olan 30-dan çox vətəndaşın müraciəti dinlənilib və müvafiq qaydada qeydə alınıb.
Xatırladaq ki, komitədə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, digər vəzifəli şəxslərin də videoqəbulları davam etdiriləcəkdir. 012 525-41-03 və ya 055 900-12-40 nömrəli telefonlara zəng etməklə komitənin vəzifəli şəxslərinin onlayn rejimdə qəbuluna yazılmaq olar. Bu zaman vətəndaş özü haqqında məlumat, əlaqə üçün telefon nömrəsi verməli və hansı vəzifəli şəxsin qəbulunda olmaq istədiyini bildirməlidir. Videoqəbul növbəlilik əsasında, vətəndaşlara Komitədən zəng edilməklə aparılır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar