Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda bələdiyyə özbaşınalıqları - FAKTLAR

Tarix: 31-03-2020 18:42     Baxış: 4143 A- / A+
Azərbaycanda bələdiyyə özbaşınalıqları - FAKTLAR

Neftçala bələdiyyəsinin fəaliyyətinin araşdırılması zamanı müəyyən edilmiş 1.34 ha torpaq sahəsinin real qiymətindən ucuz satılması məlum olub.

Manevr.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirilməsi ilə bağlı illik məruzədə bildirilib.

Qeyd olunub ki, bununla da dövlət büdcəsinə 117 min 922 manat ziyan dəyib.

Qusar rayonunun Urva bələdiyyəsinin sədri isə bələdiyyə iclasları keçirmədən, səlahiyyəti olmadığı təqdirdə təkbaşına qərar verib. Bu qərarla müəyyən edilmiş torpaq sahəsi real dəyərindən ucuz satılıb. Bununla da bələdiyyə büdcəsinə 106 min 142 manat ziyan vurulub.

Cəlilabad rayonunun Muğan bələdiyyəsinin fəaliyyətinin araşdırılması zamanı da qanun pozuntuları aşkarlanıb. Burada təmir tikinti işlərinin aparılması adı altında bələdiyyə büdcəsindən pul vəsaitinin silinməsi müəyyən olunub.

Həmçinin bələdiyyə sədri tərəfindən torpaq sahəsinin saxta sənədlər əsasında real qiymətdən ucuz satılması nəticəsində bələdiyyə büdcəsinə ümumilikdə 49 min 283 manat ziyan vurulub.

Gədəbəy bələdiyyəsinin sabiq sədri isə ikili protokollaşdırma aparmaqla torpaq sahəsinin qanunsuz dövriyyədən çıxarılması və təmir-tikinti işlərinin görülməsi adı altında 35 min 567 manatı büdcədən silib.

Ağdaş rayonunun Korarx bələdiyyəsi bələdiyyə büdcəsinə 21 min 423, Bərdə rayonunun Qaraqounlu bələdiyyəsi isə 15 min 716 manat ziyan vurub.

Faktlar üzrə cinayət işi açılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar