Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

COVID-19-dan dərmansız necə yaxa qurtarmaq olar - Alimlər təcrübələrini bölüşüblər

Tarix: 31-03-2020 16:19     Baxış: 8161 A- / A+
COVID-19-dan dərmansız necə yaxa qurtarmaq olar - Alimlər təcrübələrini bölüşüblər


Melburn Universitetinin alimləri o qənaətə gəliblər ki, yaxşı immuniteti olan insan orqanizmi koronavirus infeksiyasını müstəqil dəf etməyə qadirdir.

Manevr.az Sputnik-ə istinadən bildirir ki, bu barədə tədqiqatın nəticələri "Nature Medicine" jurnalında dərc edilib.

Araşdırmanın obyekti Avstraliyaya gələn Çinin Uhan şəhərinin 47 yaşlı sakini olub. Daha sonra onu COVİD-19-un simptomları ilə - zəiflik, nəfəs darlığı, quru öskürək və yüksək temperatur əlamətləri ilə xəstəxanaya yerləşdiriblər. Qeyd olunur ki, xəstənin patoloji xəstəlikləri və zərərli vərdişləri olmayıb.

Xəstəxanada olarkən qadına antibiotiklər və ya virus əleyhinə preparatlar təyin edilməyib. Həkimlərin həyata keçirdiyi yeganə tədbir bədəndə su balansının saxlanılması üçün vena daxilinə maye yeritmək olub.

Nəticədə xəstə iki həftə sonra tamamilə sağalıb. Onun qan testlərinin nəticələri immun sisteminin hüceyrələrinin artdığını göstərib ki, bu da adi mövsümi qripə qarşı mübarizədə orqanizmin xarakterik reaksiyasıdır.

"Araşdırmamız göstərir ki, COVİD-19-un yeni bir virus kimi yaranmasına baxmayaraq, əvvəllər sağlam olmuş insanların orqanizmində bu virusdan sağalandan sonra adi qripdə olduğu kimi davamlı immun cavabı görürük", - deyə tədqiqatın müəlliflərindən biri Ketrin Kedzirska bildirib.

Alimlər qeyd ediblər ki, bu hadisə müalicə prosesinin başa düşülməsi istiqamətində ciddi addımdır və tədqiqatın nəticələrindən xəstəliyin müalicəsi metodlarının təkmilləşdirilməsində istifadə edilə bilər

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 700 min nəfəri keçib, 33 mindən çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını "COVID-19" qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar