Xəbər lenti
Futbol Konfederasiyasının sabiq prezidenti koronavirusa görə həbsdən erkən buraxıldı
Braziliya Futbol Konfederasiyasının (CBF) sabiq prezidenti Joze Mariya Marin vaxtından əvvəl həbsxanadan azadlığa buraxılıb. Cəza müddəti koronavirus pandemiyası fonunda 8 ayadək azaldılıb.
Marin FIFA-dakı korrupsiya işi üzrə 2015-ci ilin mayında həbs olunub. Onu futbol yarışlarının media və marketinq hüquqları qarşılığında rüşvət almaqda birgə iştirakda ittiham ediblər. 2018-ci ildə məhkəmə CBF-in keçmiş prezidentini 4 illik həbsə məhkum edib. Vəkilləri onun cəzasının azaldılması üçün təcili vəsatət qaldırıblar.
Mayın 6-da Marinin 88 yaşı tamamlanacaq. O, risk qrupuna daxildir, çünki 60 yaşdan yuxarı insanların koronavirusa yoluxmadan ölüm ehtimalı gənclərə nəzərən kifayət qədər yüksəkdir.
Marin CBF-ə 2012-ci ilin martından 2015-ci ilin aprelinədək rəhbərlik edib. O, həbs olunduqdan sonra girov qarşılığında azadlığa buraxılıb və ABŞ-a ekstradisiya olunub.
4 il müddətinə azadlıqdan məhrum olma ilə yanaşı, braziliyalı funksioner 1 milyon İsveçrə frankı məbləğində cəriməyə məruz qalıb və futboldan ömürlük məhrum edilib. musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar