Sizin Reklam Burada
Xəbər lenti
01-02-2025
BÜTÜN XƏBƏRLƏR

"Şəxsən mən özüm tibbi spirtdən istifadə edirəm" — Hacı Surxay

Tarix: 28-03-2020 15:51     Baxış: 4163 A- / A+
"Şəxsən mən özüm tibbi spirtdən istifadə edirəm" — Hacı Surxay

“Bəzən real həyatda görürəm ki, namazqılan, ibadət edən şəxslər deyir ki, tibbi spirtlərdən istifadə edə bilməz. Bu, yanlışlıq, cahillikdir”.

Bunu İçərişəhər Cümə məscidinin dini icma rəhbəri Hacı Surxay Məmmədli REAL TV-ə müsahibəsində deyib.

O, bildirib ki, dövlətin qərarı birmənalıdır və bunu din təsdiq edir:

“Tibbi spirtlərdən istifadənin heç bir namaza, ibadətə, dini ayinlərə təsiri yoxdur. Şəxsən mən özüm tibbi qaydalara əməl edərək gündəlik olaraq maşında, evdə, bir sözlə, olduğum hər yerdə tibbi spirtlərdən istifadə edirəm. Həmçinin ailəmə də tövsiyəmdir. Bu, bizim ümumi xilasolma yolumuzdur”.

Axund hazırkı epidemiya şəraiti davam edərsə, qarşıdan gələn Ramazan ayında orucun necə tutulması ilə bağlı suallara da aydınlıq gətirib:

“Ramazana sayılı günlər qalıb. Ümid edirəm, həmin vaxta kimi bu proses yekunlaşar. Bir neçə gün sonra QMİ-nin fətvası olacaq. Ancaq hazırkı vəziyyətdə immun sistemimiz güclü olmalıdır və buna uyğun olaraq da fizioloji baxımdan özünü güclü hiss etməyənlər orucu yeyəcək. Şəriət buna icazə verir. Ancaq günə gün oruc tutmaq şərti ilə”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar