Xəbər lenti
Əhaliyə hansı güzəştlər ediləcək? - Kreditlərin silinməsi, ərzaq yardımı...
Xüsusi karantin rejiminin elan edilməsi ilə bağlı brifinqdə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov qeyd edib ki, rayon qeydiyyatında olub, amma Bakıda işləyən şəxslərin paytaxta girişi Daxili Işlər Nazirliyinin əməkdaşları tərəfindən yerində tənzimlənəcək:
"Vətəndaşlar arxayın olsunlar ki, bütün məsələlər onların xeyrinə həll ediləcək. Əgər rayon qeydiyyatında olan şəxs Bakıda işləyirsə və öz iş yerinə gedib çatmalıdırsa, təbii ki, belə hallar vətəndaşların xeyrinə nizamlanacaq".
Məsələ ilə bağlı redaktor.az-a danışan tanınmış vəkil Roman Qaraşov bildirib ki, hər bir şəxsə individual, fərdi yanaşılmalıdır:
"Belə bir vaxtda məhdudiyyətlərin tətbiq olunması heç də qanunsuz deyil. Sağlamlığın qorunması üçün belə addımlar atılmalıdır. Giriş-çıxışla bağlı ciddi problem yoxdur. Bayram günləridir və əksər müəssisələr fəaliyyətini dayandırıb".
Vəkil bildirib ki, əsas problem giriş-çıxışa qoyulan məhdudiyyətlər yox, aztəminatlı, maddi cəhətdən gündəlik tələbatını günlük ödəyən insanların olmasıdır:
"Yaxın vaxtlarda əgər əhaliyə hər hansı bir maddi dəstək göstərilməsə, çox çətin olacaq. Çünki bu cür ailələr gündəlik tələbatını ödəməlidirlər. Bakı ətrafında yaşayan insanlar var ki, onların işi birbaşa paytaxtla bağlıdır. Məhdudiyyətlərin tətbiq olunması onları gündəlik qazanclarından məhrum edib. Belə qərarların verilməsi zamanı əhalinin də marağından çıxış edərək, müəyyən güzəştlərin tətbiqi nəzərdə tutulur. Amma hələ ki, reallaşdırılmayıb. Məsələn, bank sistemi ilə bağlı təkliflərin hazırlanması göstərilsə də, real bir addım atılmayıb".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar