Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

İlahiyyat İnstitutu da Koronovirusla Mübarizəyə Dəstək Fonduna dəstək aksiyasına qoşulub

Tarix: 24-03-2020 12:06     Baxış: 4174 A- / A+
İlahiyyat İnstitutu da Koronovirusla Mübarizəyə Dəstək Fonduna dəstək aksiyasına qoşulub


Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) da Koronovirusla Mübarizəyə Dəstək Fonduna dəstək aksiyasına qoşulub.

Manevr.az xəbər verir ki, Aİİ-nin rektoru vəzifəsini müvəqqəti icra edən, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov ilahiyyatçılara səslənib: “Hər birinizi virusun qarşısının alınması üçün tələb olunan qaydalara riayət etməyə, həmçinin ölkəmizdə koronavirusun yayılmasının qarşısını almaq və onunla mübarizədə həyata keçirilən tədbirlərə maliyyə dəstəyi təmin etmək üçün yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım etməyə çağırıram.”

O qeyd edib ki, bütün dünya bu gün “Koronavirus” adı verilən “COVİD-19” pandemiyası ilə mübarizə aparır:
“Şükürlər olsun ki, dünyanın bir çox ölkəsindəki kütləvi yoluxma və ölüm halları ölkəmizdə yaşanmır. Lakin bu, bizə rahatlıq üçün bir əsas vermir. Müvafiq dövlət qurumları sözügüdən pandemiyanın kütləvi şəkildə yayılmaması üçün var gücü ilə çalışır. Biz də bu pandemiya ilə mübarizəyə əlimizdən gələn maddi-mənəvi dəstəyi verməli, öz vətəndaşlıq borzumuzu yerinə yetirməliyik.” Bildirib ki, Azərbaycan İlahiyyat İnstitutunun rəhbərliyi və əməkdaşları da bu təşəbbüsə qoşulub və öz əməkhaqlarının bir hissəsini Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürürlər. Unutmayaq ki, el gücü sel gücüdür!

Qeyd edək ki, Koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədi ilə yaradılan Koronovirusla Mübarizəyə Dəstək Fonduna fiziki və hüquqi şəxslər könüllü ödəmələr həyata keçirir.

Fondun vəsaiti koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə yönəldiləcəkdir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar