Xəbər lenti
"Bu müddətdə əhali xərclərinə diqqət etməlidir" - Fazil Mustafa
"Azərbaycanda koronavirusla mübarizə ilə bağlı bütün addımlar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə atılır. TƏBİB bu məsələdə kifayət qədər peşəkar davranır. Demək olar ki, hansı tövsiyələr varsa, buna əməl etməklə təhlükə riskini minimuma endirirlər. Hətta TƏBİB-in rəhbəri də bildirdi ki, xarici ölkələr, epidemiyanın yayıldığı Çindəki həkimlərlə də ciddi əlaqədədirlər, onların dediklərini nəzərə alırlar".
Manevr.az xəbər verir ki, bunu teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.
O bildirib ki, karantin qərarı çox önəmlidir, lakin daha vacib olan məqam vətəndaşların intizamıdır:
"Əhalinin böyük bir qismi təlimatlara əməl etsə də, aralarında qaydanı pozan, ciddiyə almayanlar da var. Təbii ki, insanların sıxıntıları, maddi cəhətdən müəyyən problemləri var, işləməsələr ayaqda dura bilməzlər. Amma bunların heç biri insan həyatından önəmli deyil. İnsanlar həyat tərzlərindəki müəyyən standartların azalmasına sağlam yanaşmalıdırlar. Artıq əvvəlki kimi nəyinsə çatışmazlığını normal qəbul etməlidirlər. Bu, varlıdan tutmuş, kasıba qədər - hər kəsə aiddir. Nəzərə alaq ki, gəlirlərin səviyyəsi aşağı düşür. Hətta telefon danışıqlarını qısaltmaq lazımdır ki, xərclər azalsın. Evdə qalmaqla ictimai nəqliyyat xərclərinə qənaət etmiş olacaqlar. Yaşam standartlarının da müəyyən mənada sadələşdirilməsinə ehtiyac var. Fikrimcə, insanlar buna əməl etsə, bu prossesə daha az itki ilə qalib gələ bilərik".
Millət vəkili deputatların xaricə çıxmalarının məhdudlaşdırılmasının doğru addım olduğunu qeyd edib:
"Bu, doğru qərardı. Hətta şəxsi zərurət olsa belə, yollar bağlıdır, hansı yolla gedəcəklər? Bu, sadəcə real vəziyyətin xatırladılmasıdır, təəccüblü heç nə yoxdur. Xüsusilə də bir çox ölkələrdən qayıtmaq mümkün deyil. Hazırda heç bir imkan yoxdur. Hətta iclaslar da onlayn keçirilməlidir".
Fazil Mustafa hesab edir ki, qaydalar daha da sərtləşdirilə bilər:
"Evlərdən çıxmağa belə qadağalar qoyula bilər. Karantin şərtlərinin bir az ağırlaşdırılması gözləniləndir. Bu qaydalara əməl etsək, növbəti mərhələdə təhlükə riski daha çox azalmış olacaq. Vətəndaşlar bunu çox normal yanaşmalı, dəstəkverici addımlarla qarşılıq verməlidirlər. Məsələni ciddiyə almayıb, ələ salanlar zərərini bütün ailəsinə, yaxınlarına verəcək və sonra özləri daha çox əziyyət çəkəcəklər".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar