Xəbər lenti
Gürcüstandan Azərbaycana 170 nəfər təxliyyə edildi
Azərbaycanın Gürcüstandakı səfirliyi vətənə qayıtmaq istəyən 170 vətəndaşın təxliyyəsini təmin edib.
Manevr.az bildirir ki, bu barədə report-a səfirlikdən məlumat verilib.
Martın 13 və 15-də Avropadan Türkiyə və Gürcüstan ərazisindən keçərək Azərbaycana qayıtmaq istəyən 50 vətəndaşın təxliyyəsi həyata keçirilib.
Səfirliyin həm Gürcüstanın Xarici İşlər Nazirliyi, həm də Türkiyənin Gürcüstandakı səfirliyi və Baş Konsulluğu ilə apardığı danışıqlar nəticəsində Türkiyənin müxtəlif şəhərlərindən gələn 120 Azərbaycan vətəndaşı da ölkəyə yola salınıb. Vətəndaşlar Gürcüstan hökumətinin ayırdığı avtobuslar və polis patrul maşınlarının müşayiəti ilə Azərbaycan-Gürcüstan sərhədindəki “Sınıq Körpü” sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycan ərazisinə çatdırılıb.
Təxliyyə olunan Azərbaycan vətəndaşları “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nə (TƏBİB) təhvil verilib.
Qeyd edək ki, Azərbaycan vətəndaşlarının sorğularının operativ cavablandırılması məqsədilə ölkənin Gürcüstandakı səfirliyində +994 50 250 07 10 “qaynar xətti” və xüsusi komissiya yaradılıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar