Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

AZAL vətəndaşlara müraciət etdi: Bu şəxslər biletlərini cəriməsiz geri qaytara və ya dəyişdirə bilər

Tarix: 14-03-2020 15:55     Baxış: 4270 A- / A+
AZAL vətəndaşlara müraciət etdi: Bu şəxslər biletlərini cəriməsiz geri qaytara və ya dəyişdirə bilər

Əvvəl də bildirildiyi kimi, müxtəlif ölkələrdə epidemioloji vəziyyət ilə əlaqədar Azərbaycanın Milli aviadaşıyıcısının rəhbərliyi sərnişinlər istədikdə AZAL və “Buta Airways” aviaşirkətlərinin bütün ləğv edilmiş istiqamətləri üzrə biletlərin qaytarılması və dəyişdirilməsi, həmçinin fəaliyyətdə olan istiqamətləri üzrə biletlərin dəyişdirilməsi barədə qərar qəbul edib.

Bununla bağlı “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, sərnişinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq, növbəti əlavələr də daxil edilir:

- Ukraynanın hava sərhədlərinin bağlanması ilə əlaqədar “Buta Airways” aviaşirkətinin Kiyev, Lvov, Xarkov və Odessa istiqamətləri üzrə reyslərinə bilet almış sərnişinlər tarifdən asılı olmayaraq aviabiletləri cəriməsiz geri qaytara və yaxud dəyişdirə biləcəklər;

- Dövlət qulluqçuları, tibb işçiləri və tələbələr bu statusu təsdiq edən sənəd təqdim edərək AZAL və “Buta Airways” aviaşirkətlərinin bütün istiqamətləri üzrə aviabiletləri cəriməsiz qaytara və yaxud dəyişdirə bilərlər;

- AZAL və “Buta Airways” aviaşirkətlərinin fəaliyyətdə olan reyslərinə bilet əldə etmiş bütün sərnişinlər müraciət tarixindən asılı olmayaraq gediş və gəliş tarixlərini tariflər arasındakı fərqi ödəmədən və cəriməsiz dəyişdirə bilərlər. Bunun üçün bileti təqdim etmək lazımdır (çap və yaxud skan versiyada);

- Hər bir bilet yalnız bir dəfə cəriməsiz dəyişdirilə bilər.

Hal-hazırda AZAL QSC-nin bütün xidmətləri gücləndirilmiş rejimdə işləyir. Sərnişinlərdən çağrı mərkəzi və aviaşirkətin dəstək xidmətinə müraciət etdikdə anlayışlı və səbirli olmalarını xahiş edirik. Bütün sərnişinlərə cavab veriləcək, biletlərin geri qaytarılması və dəyişdirilməsi ilə bağlı bütün müraciətlərə növbə ilə baxılacaq.

Aviaşirkətin rəsmi saytında onlayn rejimdə alınan aviabiletin geri qaytarılması üçün callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzi və yaxud saytımızdakı əks əlaqə forması : https://help.azal.az/hc/az/requests/new vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Aviabilet turizm şirkətindən və ya agentlikdən əldə olunduğu təqdirdə müvafiq turizm agentliyinin satış kassalarına müraciət etməyiniz xahiş olunur. Təxsisetmə kredit və ya debet kartı vasitəsilə ödənildiyi halda vəsait karta qaytarılacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar