Xəbər lenti
Zaur Kamal:“Murad Dadaşov mənə dedi ki...”
Xəzər TV-nin aparıcısı Zaur Kamal öz verilişində qalmaqallı açıqlamalar verib. Aparıcı qeyd edib ki, telekanala yeni rəhbər təyin olunan xalq artisti Murad Dadaşov verilişi ilə bağlı ona tapşırıqlar verib:
“Murad bəy bu vəzifəyə təyin olunandan sonra mənə dedi ki, Azərbaycan musiqilərinə, milli adət-ənənələrimizə hər zaman diqqət yetirin. Verilişə çağıracağınız qonaqları da ona uyğun seçin. Verilişiniz saat 19:00-dan 21:00-a qədər yayımlanır. Elə vaxtdır ki, baxımlı saatdır. Hamı işdən yorğun gəlir. Elə qonaqlar dəvət et ki, tamaşaçılar baxıb zövq alsın”.
Yayılan digər iddialara görə isə Murad Dadaşov rəhbəri olduğu telekanalda müğənnilər Şəbnəm Tovuzlu, Manaf Ağayev, Mətanət Əsədova, Damlanın ekrana çıxmasına qadağa qoyub.
Bununla belə “Xəzər TV” müğənnilər ilə bağlı yayılan məlumatı təkzib edib. Qurumdan unikal.org-a bildirilib ki, adları çəkilən müğənnilərə hər hansı bir qadağa qoyulmayıb. Həmçinin əlavə edilib ki, hazırda heç bir müğənni “Xəzər TV”-də qadağada deyil.
Xatirladaq ki, xalq artisti Murad Dadaşov Xəzər TV-yə rəhbər seçiləndən sonra prodüser Tolikin (Tarix Əliyev) aparıcılıq etdiyi “Hər şey daxil” verilişi bağlanıb. musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar