Xəbər lenti
Paytaxtda Novruz yarmarkaları açılır - ÜNVANLAR
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən martın 14-dən 19-na qədər “Kənddən şəhərə” bayram yarmarkaları təşkil ediləcək.
Bunu “Aqrar Tədarük və Təchizat” ASC-nin mətbuat katibi Mayis Musayev bildirib.
M.Musayevin sözlərinə görə, hazırda həftə sonları fəaliyyət göstərən yarmarkalar Novruz bayramı ilə əlaqədar 6 gün müddətində gündəlik rejimdə çalışacaq:
“Amma əlavə yerlərdə yarmarkaların açılması nəzərdə tutulmayıb”.
Nazirlik rəsmisi qeyd edib ki, yarmarkalar Nərimanov, Binəqədi, Yasamal və Suraxanı rayonları, eləcə də Abşeron rayonu ərazisində 5 fərqli nöqtədə keçirilir.
Onun sözlərinə görə, Novruz yarmarkalarının təşkilində əsas məqsəd bayram ərəfəsində yarana biləcək süni qiymət artımının qarşısını almaq, aztəminatlı ailələrin və ümumilikdə şəhər əhalisinin kənd təsərrüfatı və qida məhsullarına artan tələbatını təbii məhsullarla dolğun şəkildə qarşılamaq, eləcə də yerli fermerlərimiz üçün alternativ satış kanalı yaratmaqdır:
““Kənddən Şəhərə” Novruz yarmarkasında bütün məhsullar birbaşa fermerlər tərəfindən paytaxt sakinlərinə təqdim olunur. Yarmarkada əvvəlcədən qeydiyyatdan keçmiş 140-dan çox fermer 60-dan artıq adda müxtəlif məhsulun satışını həyata keçirir”.
Yarmarkanın keçirildiyi ünvanlar aşağıdakılardır:
- Yasamal rayonu, Hüseyn Cavid prospekti ilə Seyfəddin Dağlı küçəsinin kəsişməsi (Space TV-nin yanı)
- Binəqədi rayonu, Süleyman Sani Axundov 5B (İnqilab kinoteatrının yanı)
- Nərimanov rayonu, Gənclik metrostansiyasının yanı
- Xırdalan şəhəri, Heydər Əliyev prospekti 41A
- Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev və Etibar Bəkirli küçələrinin kəsişməsi (Neftçilər parkının yanı).
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar