Xəbər lenti
Ermənilər Moskvada Azərbaycana qarşı növbəti təxribata hazırlaşır

Ermənilər Rusiyada Azərbaycana qarşı növbəti dəfə təxribata hazırlaşırlar.
Manevr.az bildirir ki, apa-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya paytaxtında Dağlıq Qarabağda 90-cı illərdə gedən müharibədən bəhs edən, rusiyalı telejurnalist Svetlana Kulçitskayanın “Qayıdış” adlı sənədli filminin təqdimatı planlaşdırılır.
Martın 11-də Vasilyevskaya küçəsində yerləşən Kino Evində keçirilməsi nəzərdə tutulan sənədli film Ermənistan Respublikasının maliyyə dəstəyi ilə çəkilib.
Filmdə tarixi Azərbaycan əraziləri Şərqi Ermənistan adı altında göstərilir. Dağlıq Qarabağda ermənilərin 90-cı illərdə müharibə zamanı ordusuz, blokada şəraitində öz "müstəqilliyi" və "azadlığı" uğrunda mübarizə aparmasından bəhs edilir.
Qeyd edək ki, bu ilin yanvarın 26-da da Rusiyadakı erməni diasporu Moskvadakı “Pobeda” kinoteatrında Azərbaycanın ərazi bütövlüyünün əleyhinə olan “Sehrli ölkə-Aran” adlı filmi nümayiş etdirməyə cəhd edib. Lakin Moskvadakı Azərbaycan İcmasının Moskva hökumətinə müraciətindən sonra filmin nümayişi təxirə salınıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar