Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Mayın 1-nə kimi tətil” təxribatını kim yayıb?

Tarix: 09-03-2020 09:27     Baxış: 3211 A- / A+
“Mayın 1-nə kimi tətil” təxribatını kim yayıb?

Dünən bir sıra dövlət internet resurslarına bir müddət giriş mümkün olmayıb. Həmin vaxt isə sosial şəbəkələrdə məktəblərin mayın 1-nə kimi bağlanması haqda xəbər paylaşılırdı.

Manevr.az xəbər verir ki, məsələyə şərh verən texnologiya üzrə mütəxəssis Osman Gündüz deyib ki, kimlərsə adıçəkilən məlumatı fırıldaqçılıq edərək, sanki Təhsil Nazirliyinin rəsmi saytının yaydığı məlumat olaraq sosial mediada təqdim edib.

“Maraqlıdır ki məhz bu məlumalar yayılandan bir qədər sonra Təhsil Nazirliyinin və Nazirlər Kabinetinin saytlarına da girişdə problemlər yaranıb.

İlkin araşdırmalarımız göstərir ki adı çəkilən saxta mesajın yayılması ilə bəzi dövlət resurslarına girişin məhdudlaşdırılmasının bir - biri ilə hər hansı əlaqəsi olmayıb.

Bildiyim qədər Gov.az resurslarının təhlükəsizliyinə cavabdeh olan XDMX yanında Xüsusi Rabitə və İnformasiya təhlükəsizliyi Dövlət Agentliyi bəzi resursların yerləşdiyi serverlərdə adi qaydada testlər aparıb. XDMX adətən bu tip testləri, müxtəlif serverlərdə miqrasiya işlərini qeyri-iş günlərində edir.

Gov.az resursları XDMX -nın Data Mərkəzində yerləşir.

Güman etmək olar ki XDMX-nın testləri zamanı bəzi resurslara girişdə müəyyən problemlər olub.

"1 May tarixədək tətil" saxta xəbəri ilə bəzi dövlət resurslarına giriş arasında zaman fərqi təxminən 2 saat olub. Sonradan girişlə bağlı problem aradan qaldırılıb.

İnanmaq istərdim ki, sosial mediada yayılan mesaj adi bir məktəbli zarafatıdır.

Eyni zamanda düşünürəm ki , "1 May tarixədək tətil" mesələsinin adi bir məktəbli zarafatı, yoxsa Koronavirusla bağlı panika yaratmaq üçün düşünülmüş bir təxribat olduğunu araşdırmaq DTX -nın işidir.

Xatırlatmaq istərdim ki, sosial mediada bu tip yalan və saxta məlumatların yayılması cinayət məsuliyyəti yaradır.

Yeri gəlmişkən, XDMX -nın müfaviq qurumunun da dövlət resurslarında istənilən bir testlə bağlı hərəkətləri haqqında qabaqcadan məlumat verməsi doğru olardı”.yenisabah.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar