Xəbər lenti
Gizli planları reallaşdıran KORONAVİRUS
Dünyaya ağalıq etmək istəyənlərin xüsusi laboratoriyalarda hazırlayaraq reallaşdırdığı koronavirus
Son illərdə dünyada baş verən hadisələr insanların mistik və dini inanclarına uyğun olaraq dünyanın sonunun, qiyamət gününün yetişdiyi və yaxınlaşması barədə deyilənləri bir daha gündəmə gətirərək aktuallaşdırır. Xristianlar bunu apokalipsisin, müsəlmanlar isə qiyamət gününün yaxınlaşması kimi dəyərləndirirlər.
Apokalipsis düşüncəsinə görə, dünyanın sonu gələcək, insanlar öləcək, göydən daş yağacaq, günəş qərbdən çıxacaq.
İslama görə də dünyanın sonu gələcək və qiyamət günü olacaq. Təbii ki, bu tamamilə başqa bir mövzunun söhbətidir və bu barədə müzakirə açmaq niyyətim yoxdur.
İnsanlar son illərdə baş verən müxtəlif formalı qlobal böhranları, bu istər münaqişələr olsun, istər insanlığın sürətli mənəvi deqradasiyaya uğraması olsun, istər təbii fəlakətlər, dağıdıcı sunamilər, fırtınalar, burulğanlar, zəlzələlər, istərsə də ölümcül epidemiyaların sürətlə dünyanı cənginə alması olsun, bütün bunları dünyanın sonunun yaxınlaşması kimi dəyərləndirirlər.
Amma və lakin... Son illərdəki kəskin respiratorlu virus infeksiyalarının yayılması barədə daha geniş bilgi əldə etdikdə, bunların müəyyən mərkəzlər tərəfindən xüsusi laboratoriyalarda hazırlanaraq yayıldığını və həyata keçirildiyini görürük. Bu fikri son illərdəki Yaxın Şərqdə və Cənub Mərkəzi Asiyadakı münaqişələrə də şamil etmək olar.
Məqsəd də aydındır. Böyük və maraqlı güc mərkəzləri dünyaya ağalıq etmək, öz niyyətlərinə çatmaq üçün digər təzyiq metodları işləmədikdə, məhz belə metodlardan istifadə edərək insan psixologiyasına təsir edib təşviş, vahimə, ölüm qorxusu yaratmaqla hədəflərinə nail olmaq istəyirlər. Yetərincə belə misalları çəkmək olar. Elə götürək sonuncu Çinin Uahan şəhərində yayılan yeni koronavirusu olan COVİD-19-u. COVİD-19 virusunun 2019-cu ilin dekabrında Çində aşkar edilməsi ilə dünyanı cənginə alması sanki bir göz qırpımında baş verdi. İnsanlar təşvişə, vahiməyə düşərək nə edəcəklərini bilmədilər. Dünya insanında ciddi bir ajiotaj yaşanmaqdadır. Bu ölümcül virusa qarşı necə mübarizə aparacağını bilmir. Və heç kim də bu virusa yoluxmaqdan sığortalanmayıb. Çünki virusun yayılma formalarından biri də hava və su damcısı vasitəsi ilə insanlara keçməsidir. Hazırda dünyanın 80-dən artıq ölkəsində bu infeksion virus aşkar edilib. Bu virusa yoluxanların rəsmi statistikalara görə sayı yüz minə, ölənlərin sayı isə 4 minə yaxınlaşmaqdadır. Hələ də bu öldürücü virusa qarşı ciddi müalicə metodu tapılmayıb. Sadəcə insanlara digər infeskion xəstəliklərdə olduğu kimi ciddi gigiyenik qaydalara riayət olunması tövsiyyə olunur. Necə ki, buna oxşar vasitələr bir müddət əvvəl dünyanı öz cənginə alan “quş qripi”, “donuz qripi” zamanı deyilən qaydalara yaxındır.
Lakin bəzi ölkələrin xüsusi xidmət orqanları bildirirlər ki, COVİD-19 virusu da yuxarıda adını çəkdiyimiz “quş qripi”, “donuz qripi” kimi xüsusi laboratoriyalarda hazırlanaraq yayılıb.
Məqsəd də bəllidir. Həmin maraqlı güclər insanlar içərisində təşviş, vahimə yaratmaqla psixoz, nevroz vəziyyətə salaraq hədəflərinə nail olmaq istəyirlər. Belə ki, bu yolla cəmiyyətlərdə sosial fobiya yaradılır ki, bu da öz növbəsində cəmiyyətdə panik pozuntuya gətirib çıxarır, insanlar arasında vahimə yaranır. İnsanlar real ölüm təhlükəsi ilə üz-üzə qalırlar. Nəticədə nə baş verir?... Nəticədə vahimə cəmiyyəti idarə edən rəhbərləri bu problemin qarşısını almaq üçün təxirəsalınmaz addımlar atmaq zorunda qoyur. Bu da öz növbəsində nəticə etibarı ilə dünya iqtisadiyyatının çöküşünə, zəifləməsinə gətirib çıxarır. Necə ki, biz bunu zamanında “quş qripi” zamanı şahidi olduq. Bir sıra ölkələrin quşçuluq və digər təsərrüfatları məhv edildi. Turizm sektoruna sarsıdıcı zərbələr endirildi. Ölkələr arasında əlaqələr kəsildi. Bu proses eyni ilə COVİD-19 virusunun yayılmasında müşahidə olunmaqdadır. Digər infeksion virusların yayıldığı zaman müşahidə edilən təşviş, sosial fobiya, vahimə, cəmiyyətin nevroz halı, panik pozuntu halı indi də müşahidə olunur. Bu ölümcül hələ də müalicəsi tapılmayan virus yenə də dünyanı vurub bir-birinə... Ölkələr arasında ticari-iqtisadi, gediş-gəliş əlaqələri kəsilir və ya məhdudlaşdırılır. Bu da nəticə etibarı ilə həm insanların psixoloji sağlamlığına, həm iqtisadiyyatına mənfi təsir edir. Bahalaşmaya şərait yaradır. Möhtəkirlərə geniş imkanlar açır. Möhtəkirlər, fürsətcillər ələ düşən bu fürsətdən öz maddi imkanlarını daha da artırırlar. Bu planı həyata keçirən maraqlı güclər isə dünyanın hökmranı olmaq, dünya iqtisadiyyatına nəzarət imkanlarını əldə etməyə nail olurlar.Yəni belə bir vəziyyətdə həmin maraqlı güclər bu infeksiyanın tüğyan etdiyi ölkələrə daha rahat təzyiq etmək və geri otuzdurmaq imkanı olur.
Son olaraq belə bir qənaətə gəlmək olar ki, maraqlı güclər belə bir ölümcü virusu yaymaqla dünya insanı arasında real ölüm vahiməsi yaratmaqla psixologiyasını pozmaqla istəklərinə nail olurlar. Siyasətdə klassik bir düşüncə hakim kəsilir. Əsas məsələ nəticədir. İstənilən metod və taktikadan istifadə etməklə məqsədə nail olmaq... Bu zaman milyonlarla insan itkisinə yol vermək olar. Təki qələbə əldə edilsin. Necə ki, İkinci Dünya Müharibəsi zamanı 20 milyon insan həyatını itirdi. Amma bu gün biz hələ də 20 milyon insanın həyatına son qoyan, dəhşətli insani faciə ilə yekunlaşan müharibəni faşizm üzərində qələbə, bayram kimi qeyd edirik... Və yaxud 1945-ci ilin həmin müharibənin ən dəhşətli insani faciəsi olan Xirosima və Naqasakiyə atılan atom bombası və təcrübədən keçirilməsi kimi... Hansı ki, ABŞ bu iki şəhər atılan iki ədəd atom bombası bir andaca 150 mindən artıq insanın həyatına son qoydu. Bu yolla özünü dünyanın ağası elan etdi.
İndi isə dünya gücləri daha yeni taktikalardan istifadə etməklə nəyin bahasına olur-olsun özlərini dünyanın ağası olduğunu sübut etmək istəyirlər. Bu yolda milyonlarla insan həyatını itirə bilər...
Bunun üçün də bəhanə var. Əhali çoxdur və onu dolandırmaq mümkün deyil. Guya bu yolla dünyada bir nizam yaradırlar. Bax yeni yaradılaraq dünyada kütləvi insan tələfatının səbəb olan yeni koronavirus COVİD-19-da bu qəbildən olan viruslardandır./ölkə.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar