Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Din araşdırmaları” jurnalına məqalə qəbulu davam edir

Tarix: 06-03-2020 11:58     Baxış: 4313 A- / A+
“Din araşdırmaları” jurnalına məqalə qəbulu davam edir


Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “Din araşdırmaları” jurnalının dördüncü sayına məqalə qəbulu davam edir.

Məqalələrinin “Din araşdırmaları” jurnalında dərc olunmasını arzulayanlar aprelin 30-dək müraciət edə bilərlər. Jurnala təqdim edilən məqalələr Ali Attestasiya Komissiyasının dövri elmi nəşrlərin qarşısında qoyduğu tələblərə və Azərbaycan İlahiyyat İnstitutunun qaydalarına cavab verməli, digər nəşrlərdə dərc olunmamalıdır. Təqdim olunan yazının əvvəlində məqalənin adından sonra müəllifin adı, işlədiyi müəssisə və müəllifin elektron poçt ünvanı göstərilməlidir.

Məqalələr elektron qaydada redaksiyanın jurnal@ait.edu.az elektron ünvanına göndərilməlidir. Həmçinin, məqalənin mətni 1 nüsxədə (həmçinin elektron forması kompakt diskdə) elmi dərəcəsi olan şəxsin məqalə haqqında rəyi ilə birgə müəlliflərin özləri tərəfindən jurnalın redaksiyasına (Azərbaycan İlahiyyat İnstitutu, Azərbaycan, Bakı şəhəri, Əhməd Cəmil, 41A) təqdim edilə bilər. Əlyazma müəlliflər tərəfindən mütləq imzalanmalı və onun redaksiyaya təqdimedilmə tarixi göstərilməlidir.

Qeyd edək ki, elmi nəşrdə dinin teoloji, fəlsəfi, tarixi, sosioloji, psixoloji, ədəbi və digər aspektlərdən tədqiq olunduğu məqalələrin qəbulu nəzərdə tutulub. Dərginin redaksiya heyətinin üzvləri Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, İran və İsveçrənin təhsil müəssisələrində çalışan tanınmış alimlərdir.

Məlumat üçün bildiririk ki, Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) elmi fəaliyyətinin əsas göstəricilərindən biri olan “Din araşdırmaları” jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) tərəfindən

fəlsəfə və psixologiya üzrə elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilib. Gələcəkdə “Din araşdırmaları” jurnalının tanınmış beynəlxalq indekslərə daxil edilməsi nəzərdə tutulur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar