Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Tısbağa sürətli internetimiz: Problem niyə həll olunmur?

Tarix: 06-03-2020 08:51     Baxış: 4224 A- / A+
Tısbağa sürətli internetimiz: Problem niyə həll olunmur?

Azərbaycanda demək olar ki, hamı internetin sürətinin zəif olmasından gileylidir.Müqaviləyə əsasən müştəri lazımi ödənişi edir, amma istədiyi sürətli, keyfiyyətli interneti ala bilmir. Üstəlik bu sahədə müştəri oğurluğu faktları da var. Azərbaycanda internet xidməti niyə bərbad vəziyyətdədir?

Manevr.az xəbər verir ki, bizimyol.info-nun bu sualına cavab olaraq "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz çox maraqlı faktlar açıqlayıb.

“İntrnet niyə zəifdir? Əsas səbəb ondan ibarətdir ki, internet bazarında sərbəst və azad rəqabət yoxdur. Xüsusi çəki dövlətə məxsusdur, dövlətin özünün provayderləri var. İnternet alış -verişi ilə məşğul olan provayderlərin çəkisi 60 faizidir. Özəl sektora az yer qalır. Baktelekom, Aztelekom dövlət şirkərləridir. Dövlət şirkətləri üçün daha güzəştli şərtlər tətbiq olunur. Ciddi problem belə yaranır, bu da özünü internetin keyfiyyətində və qiymətində göstərir”.

“Başqa ölkələrlə müqayisədə Azərbaycanda internet qiymətləri necədir” sualının cavabı isə daha maraqlı faktları öyrənməyinizə səbəb olacaq.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) deyir ki, qiyməti bazar müəyyən edir. Bu düzgün deyil. Provayderlərin 60 faizi dövlətin əlindədirsə, bazar necə müəyyən edə bilər. Dünyadan interneti Azərbaycana dartıb gətirən iki şirkət var. "AzerTelecom" və Deltakom. Bunların bazarda çəkisi əllinin əlliyədir. Delta şirkəti elan elədi ki, provayderlərə satılan internet qiymətlərini 70 faiz azaldacaq. Bu bəyanat aydın səmada göy gurulltusuna döndü.

İmkan vermədilər. Bilirsinizmi, Delta interneti topdansatış qiymətinə ucuz alıb, Azərbaycanda da ucuz satacaqdı. Bu digər şirkətlərə sərf eləmədi və Deltanı blokadaya aldılar, bu təşəbbüsdən bəhrələnmədilər. Yalnız 4-5 provayder Deltatan daha böyük həcmdə internet alır. Bu o deməkdir ki, vətəndaşlar yenə interneti eyni qiymətə alacaqlar , lakin sürət çoxalacaq. Dövlət provayderləri buna qoşulmadığından bu təşəbbüs uğursuz oldu. Özəl provayderlər də interneti belə ucuz qiymətə satmağa ehtiyac edəcək. Özünə baş ağrısı yaratmamaq üçün. Çünki, dövlətin resurslarından istifadə edirlər. Gəmidə otrub gəmiçi ilə dava edə bilməzlər axı”-deyə Osman Gündüz qeyd edib.

Ölkədə genişzolaqlı internetin vəziyyətinin pis olması səbəblərindən danışan ekspert qeyd edib ki, regionlarda internet ADSl üzərində oturub, köhnə texnologiyadır.

“Bunu dəyişmək rəqəmsallaşdırmaq lazımdır. Bu həll olunmasa keyfiyyət yüksəlməyəcək. İnsanların 50 faizi orda cəmlənib. Özəl provayderlər kənddə fəaliyyət göstərmək üçün böyük xərclər çəkməlidir, bu böyük investisiya tələb edir. 6-7 il öncə “Hər evə optika” layihəsi var idi .500 milyon manatlıq layihə idi. Qeyri şəffaflıq və məmurların yarıtmazlığına görə, bu vəsait ayrılmadı. Və problem olduğu kimi qaldı. İndi nazirlik bu problemi həll etməyi tək bacarmaz. Resurları məhduddur, Aztelekom, Baktelekom bir ilə bir rayonun işini ancaq görə bilər. 70 rayon var.

Nazirlik ortaya layihə qoymalıdır .Yüksəksürətli layihəni reallaşdırmaq üçün büdcədən maliyyə ayrılmalı, tenderlərə özəl provayderlər cəlb olunmalıdır. Bu məsələlər həllini tapmadığına görə də özəl provayderlər nazirliklə məhkəmə çəkişiməsindədirlər.

Amma yeni ümid yeri də var. Azərbaycan Dijital Hub layihəsinə qoşulub, bu qlobal bir proqramın bir hissəsidir, Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsini nəzərdə tutur. Dəmir yolu xətləri boyunca internet xəttinin qurulması nəzərdə tutulur. İndi "AzerTelecom" yeni bir infrastruktur qurur, bu da ümid verir ki regonlarda bəlkə də vəziyyət dəyişəcək. Digər bir məqam da var.

Azərbaycandan Asiya istiqamətində Xəzərin dibi ilə bir fiberoptik xəttin çəkilməsi nəzərdə tutulub- Qazaxıstana və Türkmənistana. Bu olsa məsələ kökündən dəyişəcək”,- deyə Osman Gündüz qeyd edib.

Çox zaman şikayətçilər deyirlər ki, mənzilə 12 mb internet çəkilir evə gələndə isə 5 mb olur. Bu problem necə həll olunmalıdır?. Məsələyə aydınlıq gətirən ekspert deyib ki, bu provayderlə müştəri arasında müqavilə əsasında baş tutur. ADSL də oğurluq asandır və internet yolda da itə bilir. Yol köhnə telefon xətlərindədir .Xətt xarabdırsa, internet də yollarda itir. Burda həm nazirlik telefon xətlərinin xarab olduğu üçün məsuliyyət daşıyır, provayder də oğurluq etdiyinə görə. Vətəndaş nə etməlidir? İnternetin sürətini ölçüb aktlaşdırmalı, öncə provayderə, sonra nazirliyə sonra, İqtisadiyyat Nazirliyinin nəzdində Antiinhisar xidmətinə ,ən sonda məhkəməyə müraciət etməlidir. Bu günə qədər edilən müraciətlərin hamısə uğurla nəticələnib. Fiberoptik xətt çəkilsə bu problem yaşanmaz.

Xarici investorların bura gəlməsi sərf etmir çünki özəlləşdirmə aparılmayıb. Burda böyük pullar yoxdur. Azərbaycan az saylı ölkələrdəndir ki, bu sahə üzrə özəlləşmə getməyib. Baktelekom və Aztelekom adı MMC olsa da, dövlətindir.Müstəqil tənzimləyici qurumun yaradılması vacibdir. Nazirliyin kommersiya səlahiyyətlərinə son qoyulmalıdır, bu özü bazara ən böyük zərbə vurur. Zamanında özəl provayderlər hədlərini aşırdılar, dövlət bunu tənzimləmək üçün öz provayderini yaratdı. Amma indi vəziyyət tərsinə dəyişib, özəl provayderlər qiyməti salmaq istəyir, dövlət şirkəti imkan vermir.Strateji yol xəritəsində bu öz həllini tapmalıdır, buna ümid edirik. Nazirliyin apardığı qüsurlu siyasət nəticəsində bəzi regionlarda oturuşmuş özəl provayderlər də geri çəkildilər vəziyyət daha bərbad hal aldı.

Regionda nə baş verir izah edim. Nazirlik yenilənmə edərkən orda öz avadanlığını quraşdırır və provayderin avadanlığını götürüb atır. Provayderin həmin şkafda hər müştəriyə göstərdiyi xidmət 2 manat idi, indi nazirlik avadanlığını qoyub provayderi məcbur edir 6 manat ödəməyə. Eyni şeydir, 3 dəfə bahalaşma gedir. Hansı ki, 50 qəpik olmalı idi.Nazirlik provayderin avadanlığını atır, ona deyir mənim avadanlığımdan istifadə et və bunun üçün də yüksək qiymət tətbiq edir.Bu da məhkəmə çəkişmələrinə səbəb olur.Üstəlik nazirlik müştəriləri də oğurlayır. Yaxşı cəhət budur ki, məhkəmə çəkişmələrində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti burda üçüncü tərəf kimi iştirak edir. Ümid edirəm, bu yaxşı sonluğa səbəb olar”,- deyə o qeyd edib.

Xatırladaq ki, martın 12-də məhkəmənin ilk baxış iclası olacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar