Xəbər lenti
Korrupsiya İdarəsi keçmiş deputatla bağlı hərəkətə keçdi
Keçmiş deputat Rafael Cəbrayılovun borc qalmaqalı davam edir.
Manevr.az "yenisabah"a istinadla xəbər verir ki, dünən bu məsələ ilə bağlı Rafael Cəbrayılovun apellyasiya şikayətinə baxılıb.
Lakin məhkəmə keçmiş deputatın şikayətini təmin etməyib.
Rafael Cəbrayılovun borclu olduğu Təranə Fətəliyevanın bildirdiyinə görə, keçmiş deputat hər vəchlə borcunu ödəməkdən yayınmağa çalışır.
“Abşeron Rayon Məhkəməsi mənim iddiamı təmin etmişdi. Amma Rafael Cəbrayılov apellyasiya şikayəti verdi. Sumqayıt Apellyasiya Məhkəməsi onun şikayətini təmin etmədi. Buna baxmayaraq, Rafael Cəbrayılov borcunu ödəməyəcəyinə eyham vurur”, - deyə Təranə Fətəliyeva bildirib.
Saytın əldə etdiyi başqa bir məlumata görə, artıq Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi də bu işlə maraqlanır. Rafael Cəbrayılovun borclu olduğu şəxslər quruma dəvət edilib və onlardan baş verənlər barədə izahat alınıb. Həmçinin, məlum olur ki, Rafael Cəbrayılov 13 nəfərə ümumilikdə bir milyondan artıq pul borcludur.
Məlumatda qeyd olunur ki, məhkəmə çəkişməsini uduzmasına, barəsində prokurorluğa şikayət edilməsinə baxmayaraq, Rafael Cəbrayılov özünü arxayın aparır. Hətta şikayətçilərə bildirir ki, heç bir şeydən çəkinmir. İddia olunur ki, keçmiş deputat arxayınlığını onlara hakimiyyətdə ciddi dayaqları olması ilə izah edib.
Bu baxımdan, şikayətçilər yaxın vaxtlarda mətbuat konfransı keçirmək və Prezident İlham Əliyevə müraciət etmək niyyətindədirlər.
Xatırladaq ki, Rafael Cəbrayılov ayrı-ayrı vətəndaşlardan külli miqdarda borc alıb. Borcu vaxtında qaytaracağına zəmanət olaraq III və IV çağırış deputat vəsiqəsini girov qoyub. Vədinə əməl etmədiyinə görə onun borclu şəxslər məsələni ictimailəşdirib. Bu məsələ ictimai rezonansa səbəb olub və Rafael Cəbrayılov deputat mandatından imtina etmək məcburiyyətində qalıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar