Xəbər lenti
Azərbaycanda bu kəndin mərkəzi küçəsi günəş batareyaları ilə işıqlandırılır
Qubanın Rustov kəndinin mərkəzi küçəsinin işıqlandırılması üçün 20 günəş paneli quraşdırılıb.
Manevr.az-ın xəbərinə görə, artıq 4 ildir kəndin əsas küçəsi alternativ enerji hesabına işıqlandırılır.
Kəndin mərkəzi küçəsində günəş enerjisinin hesabına müasir işıqlandırma sistemləri də quraşdırılıb. Kənd sakinlərinin sözlərinə görə, küçənin işıqlandırılması onların bir sıra çətinliklərinin qarşısını alıb:
- “Əvvəl işıq yox idi, çoxlu hadisələr baş verirdi. İndi hazırda bu hadisələr baş verir. Bu, həm də insanların marağına səbəb olur, gəlib baxırlar. Biz də izah edirik ki, avtomatlaşdırılmış şəkildə gecə işə düşür”.
Kəndin girişində quraşdırılan 30-a yaxın dirək yolun 250 metrlik hissəsini işıqlandırmaq gücündədir. Avtomatik idarə olunan sistemə insan müdaxiləsi mümkün deyil:
- “Bu, əhali tərəfindən yüksək dəyərləndirilir. Bu layihənin əsas dəyəri ondan ibarətdir ki, heç bir vəsait ödəmədən kəndin əsas küçəsi işıqlandırılır. Bu küçədə qəzalar demək olar ki, yoxdur”.
Qeyd edək ki, 2016-cı ildə Azərbaycan hökuməti ilə USAİD-in dəstəyi ilə reallaşdırılan layihədən kəndin 1600 nəfərdən çox sakini faydalanır. Bununla yanaşı, Rustovun ətrafında yerləşən bir neçə yaşayış məntəqəsinin sakinləri də alternativ enerji hesabına işıqlandırılan küçədən istifadə edir.apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar