Sizin Reklam Burada
Xəbər lenti
01-02-2025
BÜTÜN XƏBƏRLƏR

Ekspertdən maskaların qiyməti ilə bağlı açıqlama

Tarix: 25-02-2020 18:51     Baxış: 4184 A- / A+
Ekspertdən maskaların qiyməti ilə bağlı açıqlama

Son zamanlar dünyada tibbi maskalara tələbat artması fonunda həmin məhsulların qıtlığı yaranıb.

İqtisadçı alim Vüqar Bayramov bildirib ki, ölkəmizə tibbi maskalar xaricdən idxal olunduğundan, istehsalçı ölkələrdə qiymət artımı Azərbaycanda da tibbi maskaların pərakəndə satış qiymətinə təsir edib:
Ekspertdən maskaların qiyməti ilə bağlı açıqlama

"Aparılan təhlillər göstərir ki, koronavirusla bağlı dünyada tibbi maskalara tələbatın artması hətta qlobal istehsal həcmi ilə uzlaşmır. Digər tərəfdən psixoloji amillər də həm dünyada, həm də ölkəmizdə tələbin kəskin artmasına gətirib çıxarıb".

Vüqar Bayramov deyib ki, aidiyyəti dövlət qurumları fors-major hallara hazırlıqlı olmalı, bu cür vəziyyət üçün rezerv yaratmalıdır. Digər tərəfdən, belə fors-major halları istisna olunmaqla respiratorlar yüksək istehlak tələbi olan məhsul olmadığından, sahibkarlar üçün gəlirli idxal sahəsi deyil.

İqtisadçı alim təklif edir ki, yerli sahibkarlar dövlət dəstəyi mexanizmlərindən (sənaye zonalarında güzəştlərdən faydalanma, güzəştli kreditlər, investisiya təşviqi sənədinin verilməsi və s.) yararlanaraq bu məhsul istehsalını təşkil edə bilərlər.qafqazinfo.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar