Xəbər lenti
Fevralın 29-na mitinq təyin olunub
Bir sıra partiyaların liderləri və fəallarından ibarət Mitinq Komitəsi fevralın 29-da saat 15:00-dan 17:00-dək MSK-nın binası qarşısında etiraz aksiyası keçirmək niyyətilə bağlı Bakı İcra Hakimiyyətinə müraciət edib.
Bunu Mitinq Komitəsinin üzvü, D18 Hərəkatının lideri Ruslan İzzətli bildirib.
Bakı şəhər İcra Hakimiyyətinə alternativ üçün 8 yer təklif edilib:
1. Nazim Hikmət və Həsən Zərdabi küçələrinin kəsişməsindəki meydan;
2. 20 Yanvar küçəsi, 2527 ünvandakı məhəllə stadionu (“Moskva” Univermağının yaxınlığında);
3. Nəcəf Nərimanov küçəsi, 55 ünvanında yerləşən “Cıdır” restoranının qarşısındakı meydan;
4. Hüseyn Cavid heykəlinin ətrafındakı park (Yasamal rayonu, Elmlər Akademiyası nın yaxınlığında);
5. Qış parkı (Akademik Dram Teatrının qarşısında)
6. Mərkəzi park (Akademik Dram Teatrından yuxarı);
7. “28 may” metro stansiyasının qarşısındakı meydan (Cəfər Cabbarlının heykəli ətrafında);
8. Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionu (keçmiş “Məhsul” stadionu).
Bildiriş R.İzzətlinin, eləcə də REAL Partiyasının rəhbəri İlqar Məmmədov, Müsavat Partiyası sədrinin müavini Fərəc Kərimli və müstəqil namizəd Fərhad Mehdiyevin adından göndərilib. /yenisabah.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar