Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Məcburi köçkün ailələri üçün yeni yaşayış binaları tikilir - VİDEO

Tarix: 24-02-2020 22:17     Baxış: 5278 A- / A+
Məcburi köçkün ailələri üçün yeni yaşayış binaları tikilir - VİDEO


Bakıda məcburi köçkün ailələri üçün şəhərcik salınır. Bunun üçün Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində 11 hektar ərazi ayrılıb.
Manevr.az-ın xezerxeber-ə istinadən məlumatına görə, tikinti üçün ayrılan ərazidə 30 hündürmərtəbəli bina inşa edilir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev bildirib ki, binalardan 18-i 54, 12-si isə 45 mənzildən ibarət olacaq.
Şəhərcikdə məktəb, 280 yerlik bağça, idman meydançaları, park, klub-icma mərkəzi, təsərrüfat və içməli su çənləri də tikiləcək.
İbrahim Mirzəyev deyib ki, bu il rekord sayda məcburi köçkün ailəsinin mənzillərlə təmin edilməsi gözlənilir. Elə bu məqsədlə Hövsan, Binəqədi və başqa ərazilərdə binalar tikilir.
Bu şəhərciklərə ilkin mərhələdə mənzil-məişət şəraiti yaxşı olmayan məcburi köçkün ailələri köçürüləcək.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar