Xəbər lenti
Koronavirusa qarşı peyvənd hazırlandı – SƏFİR
Çində koronavirusa qarşı peyvənd hazırlanıb.
Manevr.az xəbər verir ki, bunu Çinin Moskvadakı səfiri Çjan Xanxuey Moskvada keçirdiyi brifinqdə deyib.
O bildirib ki, Çində artıq ölümcül virusa qarşı peyvənd hazırlanıb.
Səfirin sözlərinə görə, ölkəsində hazırlanan peyvənd immuniteti göstərir, ancaq bu, hələlik ilkin mərhələdir.
Peyvənd üzərində iş davam etdiriləcək. Səfir qeyd edib ki, ölkəsinin istehsalı olan dərmanlar da koronavirusla mübarizədə effektlidir: “Dərman qəbulundan sonra heç bir ağırlaşma halı müəyyən edilməyib. Çin dərmanlarının effektivliyi 85 faizdən yuxarıdır, bəzi bölgələrdə isə 90 faizə çatır”.
Diplomatın sözlərinə görə, Çində koronavirus qarşı olduqca təsirli olan köhnə dərmanlar da müəyyən edilib. Bu, xloroxin fosfatdır. Bu dərmandan uzun illərdir ki, malyariyaya qarşı istifadə edilib. Sovet dönəmindən qalan daha bir dərman koronavirusun müalicəsində təsirli olur. Həkimlər məhz bu iki dərmanı virusa qarşı effektli preparat adlandırır. /cebhe.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar