Sizin Reklam Burada
Xəbər lenti
14-10-2025
13-10-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan meşə yanğınlarına görə Avstraliyaya maliyyə yardımı etdi -ŞƏKİLLƏR

Tarix: 20-02-2020 18:37     Baxış: 3237 A- / A+
Azərbaycan meşə yanğınlarına görə Avstraliyaya maliyyə yardımı etdi

Avstraliya İttifaqında 2019-cu ilin sonlarından tüğyan edən irimiqyaslı meşə yanğınlarının ağır fəsadlarının aradan qaldırlmasına köməklik göstərmək məqsədilə, Azərbaycan Prezidentinin tapşırığı ilə Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən 50 min ABŞ dolları məbləğində humanitar yardım ayrılıb.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bununla əlaqədar, Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) direktoru cənab Seymur Fətəliyev maliyyə töhfəsinə dair sertifikatı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti cənab Novruzəli Aslanova təqdim edib.

Sözügedən vəsait Azərbaycan Qızıl Aypara Cəmiyyəti vasitəsilə Avstraliya Qırmızı Xaç Cəmiyyətinə ianə edilib.

Qeyd edək ki, xarici kütləvi informasiya vasitələri tərəfindən Avstraliyanın əsasən cənub-şərq sahillərində baş vermiş yanğınların nəticəsində 25 nəfərin həyatını itirdiyi, 2000-ə yaxın evin və 8 milyon hektardan artıq ərazinin yandığı, yüz milyonlarla heyvanın tələf olduğu bildirilir. oxu.az

Manevr.az
Azərbaycan meşə yanğınlarına görə Avstraliyaya maliyyə yardımı etdi
Azərbaycan meşə yanğınlarına görə Avstraliyaya maliyyə yardımı etdi
Azərbaycan meşə yanğınlarına görə Avstraliyaya maliyyə yardımı etdi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar