Xəbər lenti
Seçkilərdə daha bir sürpriz – Bəzi dairələrdə qalib dəyişə bilər

Azərbaycanda fevralın 9-da keçirilən Milli Məclisə növbədənkənar seçkilərdən sonra Mərkəzi Seçki Komissiyasına daxil olan müraciətlərə baxılır.
Manevr.az modern.az-a istinadən xəbər verir ki, seçkilərdən sonra şikayətlərin çoxluğu onlara baxılma prosesini də uzadır. Belə ki, indiyə qədər 4 seçki dairəsinin – 33 saylı Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 74 saylı Lənkəran kənd, 80 saylı İmişli-Beyləqan seçki dairələrinin nəticələri etibarsız sayılıb.
Mərkəzi Seçki Komissiyasına daxil olan şikayətlər əsasında bir çox dairələrdə məntəqələrin nəticələri də ləğv edilib.
Maraqlı sual yaranır, bir çox məntəqənin nəticələri ləğv edildiyi təqdirdə, bu, sonda ümumən dairənin nəticələrinin ləğvinə gətirə bilərmi?
Sualımızı cavablandıran MSK-nın mətbuat katibi Şahin Əsədli bildirib ki, belə bir hal mümkündür:
“Yəni hər hansı dairədə tutaq ki, 5 məntəqənin nəticəsi ləğv edilibsə, ola bilər bu qalibin nəticəsinə təsir etsin. Hətta yenidən hesablamada digər namizədin üstünlük qazanması da baş verə bilər. Amma indiyə qədər ləğv edilən 4 dairədən savayı, heç bir dairədə məntəqələrin ləğv edilməsi, üstünlük qazanan namizədin dəyişməsi ilə nəticələnməyib”.
Ş. Əsədli onu da xatırladıb ki, Seçki Məcəlləsinə əsasən dairə üzrə məntəqələrin 2/5-sinin nəticələri ləğv edilirsə, bu dairə üzrə nəticələr etibarsız sayılır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar