Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

İcbari tibbi sığortadan 23 rayon yararlanıb - Zaur Əliyev

Tarix: 20-02-2020 11:35     Baxış: 4207 A- / A+
İcbari tibbi sığortadan 23 rayon yararlanıb


Fevralın 15-dək icbari tibbi sığortadan istifadə etmək üçün tibb müəssisələrinə 23 rayon üzrə 381 482 nəfər müraciət edib.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, ən çox tibbi xidmət göstərən tibb müəssisələri Mingəçevir, Yevlax, Ağdaş, Xaçmaz, Şəki şəhər və rayon xəstəxanalarıdır: "Ən çox yuxarı tənəffüs yollarının dəqiqləşdirilmiş kəskin infeksiyası xəstəlikləri üzrə müraciət qeydə alınıb. Digər müraciətlər yüksək qan təzyiqi, digər ümumi baxışlar, insulindən asılı olmayan şəkərli diabet üzrə olub".

Z.Əliyev qeyd edib ki, yanvar ayı ərzində ümumilikdə 242 nəfər həyati vacib-dəyəri yüksək olan əməliyyatlardan yararlanıb. O bildirib ki, bahalı əməliyyatlar arasında, koronar damarlara stendlərin tətbiqi (76 əməliyyat), kardiologiya/ürək-damar cərrahiyyəsi (60 əməliyyat), oftalmologiya (42 əməliyyat), urologiya (24 əməliyyat), nevrologiya/neyrocərrahiyyə (23 əməliyyat) üzrə əməliyyatlar çoxluq təşkil edir: "Görülən tədbirlərdən biri də səhiyyə işçilərinin əməkhaqlarına tətbiq edilən əlavələrlə bağlıdır. Yeni Qaydaya əsasən tibb işçisinin əməkhaqqına tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə (tarif) maaşı, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir"./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar