Xəbər lenti
Azərbaycan meyvə-tərəvəz ixracını yanvarda azaldıb

Bu ilin yanvar ayı ərzində Azərbaycan 42 036,55 min ABŞ dolları dəyərində 37 518,26 ton meyvə-tərəvəz ixrac edib.
Manevr.az bildirir ki,Dövlət Gömrük Komitəsinin verdiyi xəbərə görə, dəyər ifadəsində meyvə-tərəvəz ixracında 3,2%-lik, miqdar ifadəsində isə 21%-lik azalma qeydə alınıb.
Ölkə üzrə cəmi ixracın 1,97%-ni, qeyri-neft ixracının isə 29,86%-ni məhz bu məhsullar təşkil edib.
Hesabat dövründə tomat ixracı 13 249,19 min dollar, meşə fındığı 11 393,46 min dollar dəyərində meşə fındığı, 10 604,34 min dollarlıq xurma ixrac olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə tomat ixracı 26,3% artıb, fındıq ixracı 7,12%, xurma ixracı isə 15,8% azalıb.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycandan ümumilikdə 2 130 205,34 min dollar dəyərində 1 073 çeşiddə mal ixrac olunub. Hesabat ayında ölkədən qeyri-neft ixracının həcmi isə 140 796,29 min dollar təşkil edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar