Xəbər lenti
Azərbaycan İlahiyyat İnstitutu Türkiyənin İstanbul şəhərində Xocalı soyqırımı ilə bağlı tədbir keçirib -ŞƏKİLLƏR
Türkiyənin İstanbul şəhərində Xocalıda qətlə yetirilmiş 63 uşaqdan bəhs edən, 4 dildə nəşr olunan “Onlar heç vaxt böyüməyəcəklər” kitabının təqdimat mərasimi keçirilib. Kitab Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan İlahiyyat İnstitutu və “Azərbaycan” Nəşriyyatının dəstəyi ilə nəşr olunub.
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), “29 Mayıs” Universiteti, Türk Ocaqları İstanbul Şöbəsi və Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunan tədbirdə öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib.
Manevr.az-ın xəbərinə görə, tədbirdə giriş nitqi ilə çıxış edən “29 Mayıs” Universitetinin rektoru Mustafa Sinanoğlu əvvəlcə Qarakənddə vertolyotun vurulmasından danışıb. Sonra Xocalı soyqırımından bəhs edən M. Sinanoğlu soyqırımında yüzlərlə günahsız insanın ermənilər tərəfindən amansızlıqla qətlə yetirildiyini xatırladıb. Qeyd edib ki, Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməli, beynəlxalq təşkilatlar, dünya dövlətləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə – Xocalı soyqırımına beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.
Türk Ocaqları İstanbul Şöbəsinin müdiri Cezmi Bayram Xocalı soyqırımını ermənilərin tarix boyu törətdikləri ən böyük vəhşilik kimi dəyərləndirib. Bildirib ki, həmin gecə Xocalıda yaşayan yerli əhali vəhşicəsinə qətlə yetirilib. Cezmi Bayram bu qanlı hadisənin dünya miqyasında tanıdılması istiqamətində tələbələrin və sosial medianın rolunun vacibliyini vurğulayıb.
Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov erməni vəhşiliklərini tarixi nöqteyi-nəzərdən təhlil edib. Bildirib ki, tarix boyu ermənilər türk-müsəlman əhalisinə qarşı düşmən münasibətində olublar. O qeyd edib ki, Xocalıda baş vermiş qətliam təsadüf deyil, məhz bilərəkdən və düşünülmüş şəkildə həyata keçirilib. “Soyqırımı” sözünün mənasını açıqlayan prorektor bildirib ki, bu prosesin hər hansı ölkənin hökuməti tərəfindən həyata keçirilməsi əsas şərt olaraq qəbul edilir. Soyqırımın beynəlxalq səviyyədə qəbul edilmiş tərifi onu deməyə əsas verir ki, Xocalı hadisələri Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı aktıdır. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar və qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, belə hadisələrin yolverilməz olduğunu bildirir.
“29 Mayıs” Universitetinin Himayəçilər Şurasının sədri Təyyar Altıkulaç bildirib ki, ötən əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. O qeyd edib ki, bu faciə heç vaxt unudulmamalı, cinayət cəzasız qalmamalıdır.
T.Altıkulaç daha sonra 1992-ci il Azərbaycanı ilə bugünkü Azərbaycanın qaranlıq və işıq qədər bir-birindən fərqləndiyini bildirib.
“Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri, Qarabağ veteranı jurnalist Səriyyə Cəfərova tədbirdə çıxış edərək, faciənin ictimaiyyətə çatdırılması, sosial və siyasi aspektinin mahiyyətinin gənclərə çatıdırlması üçün Xocalıda qətlə yetirilmiş 63 uşaqdan bəhs edən, 4 dildə nəşr olunan “Onlar heç vaxt böyüməyəcəklər” kitabı işıq üzü görüb. O qeyd edib ki, “Xocalını, xocalılı günlərimi heç vaxt unutmuram. İlk dəfə əlimə qələm alıb qəzetçilik edəndən bu günədək Xocalıdan, onun başına gətirilən müsibətlərdən, böyüklü-kiçikli şəhid olmuş günahsız insanlardan, igid oğul və qızlardan yazıram. Gücüm çatdıqca, əlim yetdikcə, bu qətliamı dünyaya tanıtmaq üçün çalışıram”.
Tədbirdə “Xocalı zülmət bir gecə” sənədli filminin də nümayişi olub. Filmdə Xocalı soyqırımının canlı şahidləri həmin gündən danışırlar.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar