Xəbər lenti
Abonent məmnuniyyəti üçün BÜTÜN İMKANLAR SƏFƏRBƏR OLUNUB
“Azəriqaz” İstehsalat Birliyi bütün abonentlərin, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan qeyri-əhali qrupundan olan abonentlərin problemlərini daim diqqətdə saxlayır. Onların üzləşdiyi çətinliklər barədə daxil olan məlumatlar dərhal araşdırılır.
Manevr.az xəbər verir ki, bu barədə Birliyin baş direktoru Ruslan Əliyevin xüsusi tapşırığı var: “Qaz təsərrüfatının hər bir səlahiyyətli məsul işçisi abonent məmnuniyyətinə nail olmaq üçün səylə çalışmalı, xüsusən də sahibkarlarla ünsiyyətdə səbrli davranmalı, onların problemlərinin həllinə qanununvericiliyin tələbləri gözlənilməklə yardımçı olmalıdırlar”. Bu tapşırıqların yerlərdə (Regional qaz istismar İdarələrində (RQİİ)) icrası daim nəzarətdə saxlanılır, nöqsanlara yol verən işçilər isə cəzalandırılır. Elə bu günlərdə sahibkarlarla ünsiyyətdə yol verdiyi nöqsanlara görə Lənkəran RQİİ-nin baş mühəndisi İxtiyar Höküməli oğlu Seyfullayev fevralın 17-də Birliyin baş direktorunun əmri ilə tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, 2019-cu ildə bu və ya digər formada vəzifə səlahiyyətlərini icra edərkən səhvlərə yol verən Birliyin 270 əməkdaşı barəsində intizam-tənbeh tədbirləri tətbiq olunub. Onlardan 114 nəfər Birliyin idarəetmə aparatı, 156 nəfər isə Regional Qaz İstismar İdarələrində çalışan şəxslərdir.
Bir daha “Azəriqaz” İstehsalat Birliyi abonentləri əmin edir ki, onların məmnuniyyətinin təmin olunması üçün bütün lazımi tədbirlər görüləcək. Bu istiqamətdə onları narahat edən məqamlar olarsa, 104/185 Çağrı Mərkəzinə zəng edə və ya (+994) 77 3 104 104 saylı “Whatsapp” nömrəsinə yazılı, səsli və ya görüntülü mesaj göndərə bilərlər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar