Xəbər lenti
Soydaşımız Qazaxıstanın Ukraynadakı fəxri konsulu təyin edildi - ŞƏKİL

Milliyyətcə azərbaycanlı olan Nəcəfli Emin Musa oğlu Qazaxıstan Respublikasının Ukraynanın Xarkov, Poltava və Sumsk əyalətləri üzrə fəxri konsulu təyin edilib.
Manevr.az report-a istinadən xəbər verir ki, Emin Nəcəfli Azərbaycanda anadan olub, amma Ukrayna vətəndaşıdır.
Xarkovda konsulluğun açılışı münasibəti ilə keçirilən mərasimə Emin Nəcəfli, Qazaxıstan Respublikasının Ukraynadakı səfiri Samat Ordabayev, Xarkov Vilayət Şurasının sədri Sergey Çernov və Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev çıxış ediblər.
Qeyd edək ki, Emin Nəcəfli 1977-ci il mayın 7-də Ağcabədi şəhərində anadan olub. 1983-cü ildən 1992-ci ilə qədər Ağcabədi şəhər 9 saylı orta məktəbdə oxuyub. 1992-1996-cı illərdə Antalya şəhərindəki Peşə Liseyində mehmanxana və turizm biznesi fakültəsində oxuyub. O, 2010-cu ildən 2012-ci ilədək Ukraynada hüquqşünas təhsili alıb və bir sıra vəzifələrdə çalışıb.
Ailəlidir, 3 övladı var.
Manevr.az


Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar