Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

DİN-dən razılaşdırılmamış aksiya ilə bağlı növbəti xəbərdarlıq

Tarix: 15-02-2020 15:32     Baxış: 4165 A- / A+
DİN-dən razılaşdırılmamış aksiya ilə bağlı növbəti xəbərdarlıq


Fevralın 14-də mitinqin təşkilatçıları Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq müvafiq qanunvericiliyin tələbləri izah edilib.

Manevr.az xəbər verir ki, bunu report-a Daxili İşlər Nazirliyin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib

"Müsavat və ReAl partiyaları, D18 hərəkatı və bir neçə müstəqil namizəd seçkilərin nəticəsinə dair etiraz aksiyasını keçirmək niyyətləri barədə Bakı şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Orada onların müraciətinə baxılıb və mitinqin fevralın 16-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsindəki stadionda keçirilməsinə razılıq verilib. Bundan başqa, dünən mitinqin təşkilatçıları Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq müvafiq qanunvericiliyin tələbləri izah edilib və icazə verilən yerdən başqa digər ərazidə mitinqin keçirilməsinin yolverilməz olduğu bir daha onların nəzərinə çatdırılıb. Ona görə də Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış yerdə mitinq və ya yürüş keçirməyə cəhd edilərsə, bu qanunsuz aksiya hesab olunacaq və qarşısının alınması üçün zəruri olan bütün tədbirlər görüləcək.

Onu da vurğulayım ki, belə cəhdlərin qarşısı alınarkən ictimai asayişi bərpa edən polislərlə qanunsuz aksiyanın iştirakçıları arasında baş verə biləcək bütün hadislərin məsuliyyəti həmin razılaşdırılmamış mitinqin təşkilatçılarının üzərinə düşəcək", - E.Zahidov bildirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar